YAP-ın deputatlığa namizədi İsa Həbibbəylinin seçicilərlə görüşü keçirilib
21.10.2015 [10:49]
Yeni Azərbaycan Partiyasının (YAP) 2 saylı Şərur Seçki Dairəsindən Milli Məclis deputatlığına namizədi Həbibbəyli İsa Əkbər oğlu ilə seçicilərin görüşü keçirilib. Görüşdə YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev çıxış edərək akademik İsa Həbibbəylinin yaradıcılığı, ictimai-siyasi və geniş elmi fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verib.
Görüşdə Naxçıvan MR Yazıçılar Birliyinin sədri Asim Yadigar, Naxçıvan MR Ali Məclisinin deputatı Nüsrət Həsənov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İbrahim Yusifoğlu, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayeva, təhsil işçiləri Torksin Həsənova və Səmayə Məmmədova çıxış edərək İsa Həbibbəylinin həyat və yaradıcılığından, onun MR-da elmi-pedaqoji fəaliyyətindən, ictimai-siyasi proseslərdə fəal iştirakından, beynəlxalq elmi konfranslarda, simpoziumlarda, qurultaylarda elmi məruzələrlə çıxış etməsindən, eləcə də onun insani keyfiyyətlərindən, insanlara qarşı xoş münasibətindən danışıblar.
Sonda deputatlığa namizəd İsa Həbibbəyli seçicilər qarşısında çıxış edərək Ulu öndər Heydər Əliyevin siyasi xəttinin Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən, ölkəmizin böyük sürətlə inkişaf etməsindən, uğurlu xarici siyasətimizdən geniş danışıb. O, həmçinin Muxtar Respublikanın inkişaf etmiş, müasirləşmiş, infrastrukturları yenilənmiş bir diyara çevrilməsini qeyd edib. Həmçinin bildirib ki, Muxtar Respublikada inkişaf təkcə Naxçıvan şəhərini deyil, eyni zamanda, bütün regionları əhatə edir. İsa Həbibbəyli qeyd edib ki, bütün bu uğurların əldə olunmasında MR Ali Məclisinin sədri Vasif Talıbovun böyük xidmətləri vardır: “Mən bölgələri gəzdikcə insanlarda ölkə Prezidentinə, MR rəhbərinə böyük məhəbbətin şahidi oldum”.
Çıxışının sonunda İsa Həbibbəyli deyib ki, bundan sonra da seçicilərin etimadını doğrultmağa və ölkəmizin ümumi inkişafında üzərimə düşən vəzifələrin yerinə yetirilməsində böyük səylə çalışacağam.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

