YAP Xaçmaz rayon təşkilatında hesabat yığıncağı keçirilib
14.07.2026 [22:14]
Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı 14 iyul 2026-cı il tarixində ərazi partiya təşkilatları sədrlərinin iştirakı ilə geniş tərkibli yığıncaq keçirib.
Tədbirdə öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.
Yığıncağı giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev xalqımızın çoxəsrlik tarixinə silinməz izlərlə həkk olunmuş 14 iyul 1969-cu il tarixinin Azərbaycanın intibah və dönüş nöqtəsi olduğunu xüsusi vurğulayıb. Sədr qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmiz sosial-iqtisadi, mədəni və siyasi inkişafın keyfiyyətcə tamamilə yeni mərhələsinə qədəm qoyub. Emil Tağıyev Dahi Rəhbərin rəhbərliyi dövründə milli təhsilin, mədəniyyətin və səhiyyənin inkişafı istiqamətində həyata keçirilən fundamental islahatlardan bəhs edib, azərbaycanlı gənclərin Sovetlər Birliyinin ən nüfuzlu ali təhsil ocaqlarına göndərilməsinin, eləcə də gələcək milli hərbi kadr potensialımızın formalaşmasında müstəsna rol oynamış Cəmşid Naxçıvanski adına hərbi məktəbin təsis edilməsinin tarixi əhəmiyyətinə toxunub. Sədr bu uzaqgörən strategiyanın bu gün qürur duyduğumuz qüdrətli Azərbaycan dövlətinin, o cümlədən tarixi Zəfərimizin sarsılmaz təməllərini qoyduğunu diqqətə çatdırıb.
Daha sonra YAP Xaçmaz rayon təşkilatı aparatının məsləhətçisi Fazil Rəhmətov partiya təşkilatının cari ilin birinci yarımilliyi üzrə fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Fazil Rəhmətov 2026-cı ilin ilk altı ayı ərzində görülmüş işlər, həyata keçirilən layihələr və partiya fəallarının ictimai-siyasi proseslərdəki rolu barədə geniş və statistik məlumatları yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.
Gündəlikdəki məsələlər ətrafında keçirilən müzakirələrdə YAP Xaçmaz rayon təşkilatının partiya veteranı Abasyar Heydərov, Heydər Əliyev Mərkəzinin direktoru, Mədəniyyət şöbəsi ərazi partiya təşkilatının sədri Könül Əskərova və Susayqışlaq ərazi partiya təşkilatının sədri Amil Rəhimov çıxış ediblər. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyətinin müxtəlif aspektlərinə toxunaraq, onun rəhbərliyi dövründə ölkədə milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik institutlarının gücləndirilməsi və Azərbaycanın dinamik tərəqqisi naminə atılan tarixi addımların əhəmiyyətini önə çəkiblər.
Yığıncağın yekununda YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev cari ilin ikinci yarısı üçün nəzərdə tutulmuş iş və tədbirlər planının prioritetlərini diqqətə çatdırıb. Sədr, YAP Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq, qarşıya qoyulmuş strateji hədəflərə vaxtında və keyfiyyətlə nail olmaq üçün ərazi partiya təşkilatları sədrlərinin ideoloji və təşkilati işlərdə fəallığı daha da artırmalarının, habelə yerlərdə müvafiq kütləvi-siyasi tədbirlərin intensivləşdirilməsinin vacibliyini qeyd edərək onlara öz tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
27 Sentyabr 20:18
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26

