Azərbaycan Ordusu Vətənimizin müdafiəçisi, xalqımızın qürur mənbəyidir
25.06.2026 [12:05]
Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir. Azərbaycan Ordusunun 1918-ci ildən başlayan keşməkeşli və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm səlnaməsidir. Sevindirici haldır ki, zamanın sınağından alnıaçıq, üzüağ çıxan silahlı qüvvələrimiz istənilən hücumdan qorumağa qadir bir qüvvə kimi günümüzün danılmaz reallığına çevrilmişdir.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi. Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.Min illər boyu bir çox xalqlar torpağını, dövlətini, milli əlamətlərini itirərək tarix səhnəsindən yoxa çıxmışdır. Azərbaycan xalqının bu günə öz ərazisi, dövləti, dili və mədəniyyəti ilə gəlib çıxması tarixi xoşbəxtlik kimi babalarımızın yurd sevgisindən, torpağı qoruyub saxlamasından güc almışdır.
Heydər Əliyev hakimiyyətə gəldiyi dönəmdə isə ordumuz daha da gücləndi və demək olar ki, yenidən quruldu. Ordu quruculuğunun inkişafı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Elə bunun nəticəsidir ki, ordumuz cəmi 44 gündə 30 illik düşmən əsarətində olan torpaqları azad etdi. Dünya hərb tarixinə adını qızıl həriflərlə yazdı.
Ulu öndərin ən layiqli davamçısı Prezident cənab İlham Əliyevin prezidentliyi dövründə isə bu proses yüksələn xətlə davam etdi. Heydər Əliyev siyasətinə sədaqət və bu siyasətə yaradıcı münasibət Azərbaycan Ordusunu daha da möhkəmləndirdi. Qısa müddət ərzində bu ordunun texniki təchizatında köklü dəyişikliklər baş verdi. Hərbi büdcənin ildən-ilə artırılması, habelə respublikanın daxilində hərbi-sənaye kompleksinin yaradılması Azərbaycan Ordusunu dünyanın ən müasir silahlarla təmin edilmiş ordularından birinə çevrirdi.
Ordunun infrastrukturunun yenilənməsi, kadr hazırlığının dünya təcrübəsi səviyyəsinə qaldırılması, şəxsi heyətə qayğının daha da artı-rılması. qoşunları döyüş hazırlığına yeni tələblərin irəli sürülməsi ordunun döyüş qüdrətini yüksəltdi. Bunu Azərbaycanın dostları da, düşmənləri də etiraf etmək məcburiyyətində qaldılar. Yenidən elmi-nəzəri əsaslar üzərində qurulmasına ulu öndər Heydər Əliyevin prezidentliyi illərində başlanan Azərbaycan Ordusu dünyanın 50 güclü orduları sırasında yer tutdu.
Dövlət başçısı İlham Əliyevin ordumuzun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirlərin həyata keçirilməsi sayəsində Milli Ordumuz daha da təkmilləşir, ən müasir hərbi qüvvə kimi güclənir. Azərbaycanın Silahlı Qüvvələri müstəqil dövlətimizin etibarlı müdafiəçisi, xalqımızın qüdrətli güvənc yeri, sonsuz qürur mənbəyidir.
Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edir və öz Vətəninə sadiqdirlər.
Bu gün müasir standartlara uyğun təkmilləşən ordumuzun, ən yeni silahlara sahib olan Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi dünya hərb məktəbləri tərəfindən öyrənilir və öyrədilir.
Prezident İlham Əliyev: "Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi".
Bu gün biz fəxrlə, qürurla ordumuzdan danışırıq. Hər bir Azərbaycanlının qəlbində Vətən sevgisi yaşadıqca, daim var olduqca Azərbaycan da yaşayacaqdır.
Səltənət Möhsünlü
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSiyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05

