Azərbaycan Ordusu yeni inkişaf mərhələsində
24.06.2026 [12:48]
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü müasir Azərbaycan dövlətinin əldə etdiyi ən böyük uğurlardan biri olan qüdrətli Ordunun inkişaf yolunu dəyərləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Ordu quruculuğunu hər zaman xüsusi diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev demişdir: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq.”
Bu gün Azərbaycan Silahlı Qüvvələri yalnız regionun deyil, daha geniş coğrafiyanın ən güclü hərbi qüvvələrindən biri kimi qəbul edilir. Bu nailiyyətlərin əsasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və ardıcıl ordu quruculuğu siyasəti dayanır. Son iki onillikdə Azərbaycanda müdafiə potensialının gücləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Ordunun maddi-texniki təminatının müasirləşdirilməsi, yeni silah və texnikaların alınması, hərbi infrastrukturun yenilənməsi, şəxsi heyətin peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Ordusu müasir müharibələrin tələblərinə cavab verən çevik və yüksək hazırlıqlı hərbi quruma çevrilib.
Bu inkişafın mühüm istiqamətlərindən biri ölkədə hərbi sənaye kompleksinin yaradılması olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşdırılan milli müdafiə sənayesi bu gün Azərbaycan Ordusunun ehtiyaclarının əhəmiyyətli hissəsini yerli istehsal hesabına təmin etməyə imkan verir. Müxtəlif növ hərbi texnika, pilotsuz uçuş aparatları, zirehli maşınlar və digər hərbi təyinatlı məhsulların istehsalı müdafiə qabiliyyətinin möhkəmlənməsində mühüm rol oynayır. Eyni zamanda, dünyanın aparıcı ölkələri ilə hərbi-texniki əməkdaşlığın genişləndirilməsi Ordunun imkanlarını daha da artırıb.
Azərbaycan Ordusunun güclənməsində müdafiə xərclərinin davamlı şəkildə artırılması da mühüm əhəmiyyət daşıyır. Son illərdə müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitlərin əhəmiyyətli dərəcədə yüksəlməsi Silahlı Qüvvələrin maddi bazasının möhkəmləndirilməsinə, müasir silah sistemlərinin alınmasına və hərbçilərin sosial rifahının yaxşılaşdırılmasına şərait yaradıb. Hərbi qulluqçuların mənzillərlə təmin olunması, əməkhaqlarının artırılması və sosial müdafiə tədbirləri dövlətin öz müdafiəçilərinə verdiyi yüksək dəyərin göstəricisidir. Müasir dövrdə ordu quruculuğunun əsas istiqamətlərindən biri də peşəkar hərbi təhsil sisteminin təkmilləşdirilməsidir. Milli Müdafiə Universitetinin yaradılması, hərbi institutların fəaliyyətinin yenidən təşkili və gənclərin hərbi təhsilə cəlb olunması məqsədilə qəbul edilən yeni təşviq mexanizmləri gələcəyin peşəkar zabit korpusunun formalaşdırılmasına xidmət edir. Bu siyasət Azərbaycan Ordusunun kadr potensialını daha da gücləndirir. 44 günlük Vətən müharibəsində qazanılmış təcrübə əsasında Komando hərbi hissələrinin yaradılması da ordunun inkişafında yeni mərhələ açıb. Yüksək hazırlıqlı şəxsi heyətlə komplektləşdirilən bu bölmələr mürəkkəb döyüş şəraitində əməliyyatların uğurla icrası üçün nəzərdə tutulub. Eyni zamanda, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması istiqamətində görülən işlər idarəetmə və əməliyyat qabiliyyətinin daha da yüksəlməsinə imkan yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfər qazandı, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam şəkildə bərpa olundu. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat Azərbaycan Ordusunun peşəkarlığını, yüksək texnoloji imkanlarını və döyüş hazırlığını bütün dünyaya nümayiş etdirdi.
Bu gün Azərbaycan Silahlı Qüvvələri qalib Ordunun şərəfli missiyasını uğurla davam etdirir. Dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyası nəticəsində Ordumuz daim yenilənir, müasirləşir və qarşıda duran bütün vəzifələri yerinə yetirməyə hazır vəziyyətdə saxlanılır. Silahlı Qüvvələr Günü münasibətilə hər bir azərbaycanlı qürur hissi ilə qeyd edir ki, ölkəmizin təhlükəsizliyinin və müstəqilliyinin ən etibarlı təminatçısı məhz güclü, peşəkar və qalib Azərbaycan Ordusudur.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20

