Tərtərdə 18 İyun – İnsan Hüquqları Günü qeyd edilib
18.06.2026 [23:07]
Tərtərdə 18 İyun –İnsan Hüquqları Günü qeyd edilib.
YAP Tərtər rayon təşkilatı, Tərtər Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə YAP Tərtər rayon təşkilatının inzibati binasında 18 İyun –İnsan Hüquqları Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyətinin başçısının birinci müavini Elvin Umudov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsəgərov, təhsil, səhiyyə, mədəniyyət işçiləri, İƏD üzrə nümayəndələr və içtimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Elvin Umudov tədbir iştirakçılarını “İnsan Hüquqları Günü“ münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı, firavanlıq, əmin-amanlıq və uğurlar arzulayıb.
Qeyd olunub ki, İnsan hüquqları hər bir insanın ləyaqətini, azadlığını və bərabərliyini təmin edən ən ali dəyərlərdəndir. Hüquqi və demokratik dövlətin əsasını təşkil edən bu dəyərlər cəmiyyətin inkişafına, sosial ədalətin bərqərar olmasına və insanların rifahına xidmət edir. İnsan hüquqlarının qorunması yalnız hüquqi öhdəlik deyil, həm də humanizmə, ədalətə və insan şəxsiyyətinə hörmətin təcəssümüdür.
Azərbaycan xalqının dövlətçilik tarixində insan hüquq və azadlıqlarının müdafiəsi daim xüsusi yer tutmuşdur. Müstəqil Azərbaycanın hüquqi dövlət kimi formalaşmasında və insan hüquqlarının etibarlı müdafiə mexanizmlərinin yaradılmasında Ümummilli Lider Heydər Əliyev müstəsna xidmətlər göstərmişdir. Məhz onun uzaqgörən siyasəti nəticəsində ölkəmizdə insan hüquqlarının müdafiəsinin möhkəm hüquqi və institusional əsasları yaradılmışdır.
1998-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul edilib və bu mühüm hadisə Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan Hüquqları Günü” kimi rəsmiləşdirilib.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan hüquqi dövlət quruculuğu və insan hüquqlarının etibarlı müdafiəsi siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı, qanunun aliliyinin möhkəmləndirilməsi, vətəndaş məmnunluğunun artırılması və sosial ədalətin təşviqi istiqamətində həyata keçirilən ardıcıl islahatlar insan amilinin dövlət siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir.
Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov qeyd edib ki, bu gün biz ölkəmizin müasir tarixində xüsusi çəkisi, dərin fəlsəfi və hüquqi mənası olan çox əlamətdar bir günü- 18 İyun Azərbaycanda İnsan Hüquqları Gününü qeyd edirik. Bu gün təkcə təqvimdəki rəsmi bir tarix deyil, xalqımızın azadlıq, bərabərlik və ədalət ideallarına sadiqliyinin, dövlətimizin isə hər bir fərdin ləyaqətinə və hüququna verdiyi ali dəyərin rəmzidir.
Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov və Heydər Əliyev Mərkəzinin əməkdaşı Mərziyyə Əmirxanlı çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, insan hüquqlarının müdafiəsi yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. Hər birimizin hüquq və azadlıqlara hörmətlə yanaşması, qarşılıqlı anlayış və həmrəylik prinsiplərini yaşatması daha ədalətli, daha güclü və daha humanist cəmiyyətin formalaşmasına xidmət edir.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

