Azərbaycan Regional və Qlobal Enerji Təhlükəsizliyində Lider
05.03.2026 [19:30]
Cənub Qaz Dəhlizi təşəbbüsü artıq 12 ildən çoxdur ki, fəaliyyət göstərir və bu müddət ərzində Azərbaycanın enerji təhlükəsizliyinə mühüm töhfələr vermişdir. Bu təşəbbüs çərçivəsində bir sıra çətinliklərə baxmayaraq, ölkəmiz regional enerji təhlükəsizliyini təmin edən real nəticələr əldə etmişdir. Azərbaycanın enerji strategiyası həm daxili tələbatı qarşılamağa, həm də regional və qlobal bazarlarda etibarlı tərəfdaş rolunu möhkəmləndirməyə yönəlib.
2026-cı ilin mart ayının 3-də keçirilən Məşvərət Şurasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən bildirildiyi kimi, Azərbaycan Avropanın enerji bazarında mövcudluğunu genişləndirməkdədir. Artıq Almaniya və Avstriya kimi inkişaf etmiş ölkələrə Azərbaycan qazı tədarük olunur və hal-hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycanın təbii qazından istifadə edir. Ümumilikdə, Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatmışdır. Bu göstərici Azərbaycanı boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada lider mövqeyinə gətirir. Eyni zamanda, gələcək illərdə yeni qaz hasilatı imkanları Azərbaycan qaz həcmlərinin artırılmasına şərait yaradacaqdır.
Azərbaycanın enerji siyasətində ən mühüm hadisələrdən biri qazın Avropa hüdudlarından kənara da tədarük edilməyə başlamasıdır. İlk dəfə olaraq, Azərbaycan Suriyaya qaz tədarükünə başlamışdır. Bu təşəbbüs Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım məqsədini daşıyır. Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü həmin ölkənin əhalisinin və müəssisələrinin enerji təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.
Azərbaycan bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, gələcək artan tələbatı qarşılamaq və ixracı maksimum səviyyəyə çatdırmaq məqsədilə enerji resurslarını genişləndirməyə davam edir. 2026-cı ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilata başlanması və yaxın illərdə “Abşeron” yatağının tammiqyaslı işlənməsi planlaşdırılır. Bundan əlavə, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir. Azərbaycanın əsas təbii qaz mənbəyi olan “Şahdəniz” yatağının yeni mərhələsi isə 2028-ci ildə istismara veriləcəkdir. Bu hasilat layihələri maksimum istehsal səviyyəsində milyardlarla kubmetr əlavə qazın əldə olunmasına imkan yaradacaq.
Azərbaycan yalnız qaz istehsal edən ölkə deyil, həm də enerji ehtiyatlarının etibarlı tranzitçisidir. Cari ildə ACWA Power tərəfindən 240 meqavat gücündə külək elektrik stansiyası fəaliyyətə başlamış, 2023-cü ildə isə “Masdar” şirkəti tərəfindən 230 meqavat gücündə günəş elektrik stansiyası istifadəyə verilmişdir. Digər alternativ enerji layihələri də aktiv icra mərhələsindədir. Ölkə 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi istehsal etməyi hədəfləyir.
Azərbaycanın enerji strategiyasının mühüm istiqamətlərindən biri də region və Avropa ilə enerji bağlantılarının möhkəmləndirilməsidir. Dövlətimiz Qara Dəniz üzərindən keçəcək enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana uzanan kabellərin qurulması planlarını reallaşdırır. Bu layihələr qarşıdakı illərdə həm yerli, həm də regional enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyacaqdır.
Azərbaycan həmçinin Qazaxıstan və Türkmənistan üçün mühüm neft tranzitini təmin edir və bu sahədə həcmlər ildən-ilə artır. Ölkəmizin infrastruktur imkanları Xəzər dənizinin şərq sahillərindən daha çox neft qəbul etməyə imkan verir. Dövlətimiz Türkiyədə 870 meqavat gücündə ən böyük elektrik stansiyalardan birini əldə etmişdir. Cari ildə Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalanmış, İtaliyada isə ümumi emal qabiliyyəti 10 milyon ton olan iki neftayırma müəssisəsi alınmışdır.
Beləliklə, Azərbaycan enerji təhlükəsizliyinə yalnız ölkə daxilində deyil, həm də Avropa ölkələri miqyasında əhəmiyyətli töhfələr verir. Ölkəmizin strateji enerji layihələri regional əməkdaşlıq, iqtisadi inkişaf və enerji sabitliyini gücləndirərək, Azərbaycanın həm regional, həm də qlobal enerji lideri kimi mövqeyini möhkəmləndirir.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxSosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27

