ABŞ–Azərbaycan strateji tərəfdaşlıq modeli
17.02.2026 [16:46]
Müasir beynəlxalq münasibətlər sistemində strateji tərəfdaşlıq anlayışı yalnız diplomatik əlaqələrlə məhdudlaşmır. Bu anlayış siyasi dialoq, enerji təhlükəsizliyi, hərbi əməkdaşlıq, iqtisadi inteqrasiya və qlobal təhlükəsizlik məsələlərini özündə birləşdirən çoxşaxəli münasibətlər modelini ifadə edir. Bu baxımdan dünyanın ən qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında formalaşmış münasibətlər regional və qlobal miqyasda mühüm strateji əhəmiyyət daşıyır.
Amerika Birləşmiş Ştatları XX və XXI əsrin ən təsirli siyasi, hərbi və iqtisadi gücü kimi çıxış edir. Dünyanın ən böyük iqtisadiyyatlarından birinə, qabaqcıl texnoloji infrastruktura, güclü hərbi-sənaye kompleksinə və qlobal diplomatik şəbəkəyə malik olan ABŞ beynəlxalq sistemin əsas formalaşdırıcı aktorudur. ABŞ-ın xarici siyasətində əsas prioritetləri enerji təhlükəsizliyi, regional sabitlik, terrorizm və transmilli təhdidlərə qarşı mübarizə, demokratik institutların və bazar iqtisadiyyatının təşviqi. Bu kontekstdə Cənubi Qafqaz regionu ABŞ üçün həm geosiyasi, həm də geoiqtisadi baxımdan strateji əhəmiyyət kəsb edir.
Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşən, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat və enerji dəhlizlərinin mərkəzində dayanan mühüm dövlətdir. Zəngin enerji ehtiyatları, müstəqil xarici siyasət kursu və balanslaşdırılmış diplomatik xətti Azərbaycanı regionun aparıcı güclərindən birinə çevirib.
Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas təchizatçılardan biridir və regional sabitliyin qorunmasında aktiv rol oynayır. Eləcə də qlobal nəqliyyat və logistika layihələrinin əsas iştirakçısıdır. Bu xüsusiyyətlər ABŞ üçün Azərbaycanı etibarlı və uzunmüddətli tərəfdaş statusuna yüksəldir.
ABŞ şirkətləri uzun illərdir Azərbaycanda enerji, texnologiya, tikinti və xidmət sektorlarında fəaliyyət göstərir. Azərbaycan isə ABŞ bazarını strateji iqtisadi tərəfdaş kimi qiymətləndirir.
İqtisadi əməkdaşlıq birbaşa xarici investisiyaların artmasına, texnologiya və menecment təcrübəsinin ötürülməsinə və qeyri-neft sektorunun inkişafına əhəmiyyətli töhfə verir.
Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın strateji tərəfdaşlığı qarşılıqlı hörmətə, ortaq maraqlara və uzunmüddətli baxışa əsaslanır. Bu münasibətlər təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu və Avrasiya məkanı üçün sabitlik, təhlükəsizlik və inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.
Dünyanın ən qüdrətli dövləti ilə müstəqil və güclü Azərbaycan arasında qurulmuş bu strateji tərəfdaşlıq gələcəkdə daha da dərinləşərək regional və qlobal əməkdaşlıq modelinə çevriləcək.
Elvin Əliyev
YAP Babək rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34

