Müstəqil xarici siyasət
23.01.2026 [21:32]
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini
Azərbaycan beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir və milli dövlətçilik maraqları çərçivəsində Beynəlxalq arenaya uğurla inteqrasiya etməkdədir. Həmçinin müstəqil xarici siyasət aparan respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır. Prezident cənab İlham Əliyev 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibə bir çox diqqət çəkən məqamlar ilə yadda qaldı. Müsahibədə Prezident İlham Əliyev qeyd edib ki, beynəlxalq münasibətlər artıq yeni eraya daxil olur. Bu mərhələdə prosesləri bəzən qanunun aliliyindən daha çox güc amili tənzimləyir. Dünyanın müxtəlif regionlarında müşahidə edilən münaqişələr və ikili standartlar bunu açıq şəkildə nümayiş etdirir. Belə bir mühitdə hər bir dövlət öz strategiyasını mövcud imkanlarına uyğun qurmalı, ilk növbədə yaxın coğrafiyada, daha sonra isə qlobal miqyasda etibarlı tərəfdaşlıq mühiti formalaşdırmalıdır. Məhz həmin praqmatik yanaşma nəticəsində ölkə həm regionda sabitliyin təşəbbüskarına, həm də beynəlxalq platformalarda etibarlı tərəfdaşa çevrilib. Mütərəqqi diplomatiya müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmağa və çoxşaxəli xarici siyasət yürütməyə şərait yaradıb. Müsahibə zamanı Prezident cənab İlham Əliyev bildirdi ki, "Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur. Enerji bazarına gəldikdə, gördüyünüz kimi, neftin qiyməti sabitdir - ən azı Azərbaycan üçün məqbul səviyyədədir. Bu, İranda, Venesuelada və ya dünyanın digər bölgələrində olan vəziyyətin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Bu, yaxşı göstəricidir, çünki həm hasilatçıların, həm də istehlakçıların gələcəklərini planlaşdırmaq üçün vəziyyətin proqnozlaşdırıla bilinməsinə ehtiyacı var. Ümid edirəm ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək. Bizim istəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir." Qeyd edək ki, Azərbaycanın müxtəlif siyasi və iqtisadi mərkəzlərlə paralel əməkdaşlıq aparması, ideoloji deyil, maraqlara əsaslanan tərəfdaşlıq modeli qurması Davos auditoriyasına ünvanlanan əsas mesajlardan biri idi. Bu yanaşma xüsusilə qeyri-sabit beynəlxalq mühitdə ölkənin dayanıqlığını artıran əsas faktorlardan biri kimi çıxış edir. Davosdan səslənən mesajlar bir daha nümayiş etdirdi ki, müasir dövrdə uğurun açarı emosional reaksiyalarda deyil, hesablanmış, milli maraqlara söykənən və uzunmüddətli strateji düşüncədədir. Hüquqa sadiqlik, siyasi realizm, regional sülh təşəbbüsləri və enerji diplomatiyası paralel şəkildə həyata keçirildikdə dövlət həm təhlükəsizliyini möhkəmləndirir, həm də beynəlxalq nüfuzunu artırır.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10

