“20 Yanvar – qanlı və şanlı tariximiz” adlı tədbir keçirilib
21.01.2026 [15:29]
YAP Kəlbəcər rayon təşkilatı və Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Milli Qəhrəman Şahlar Şükürov adına 35 nömrəli Kəlbəcər rayon orta məktəbi üzrə Ərazi Partiya təşkilatının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “20 Yanvar – qanlı və şanlı tariximiz” adlı tədbir keçirilmişdir.Tədbirdən öncə məktəbin şagirdləri Mingəçevir şəhərində yerləşən 20 Yanvar Şəhidlərinin Abidə Kompleksini və Şəhidlər Xiyabanını ziyarət etmiş, Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini dərin hörmət və ehtiramla yad etmiş, məzarları üzərinə gül dəstələri düzmüşlər.Daha sonra tədbir məktəbin akt zalında davam etdirilmişdir. Tədbir zamanı məktəblilərə 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək uğrunda ayağa qalxmış dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətmişdir. Bu qanlı hadisə xalqımızın azadlıq əzmini sındıra bilməmiş, əksinə, Azərbaycan xalqı qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşmuşdur.Tədbirdə xüsusi olaraq qeyd olunmuşdur ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan xalqının nümayiş etdirdiyi qəhrəmanlıq və şücaət nəticəsində əldə edilən tarixi Zəfər sayəsində ölkəmizin 30 ilə yaxın işğal altında olan əraziləri azad edilmiş, dövlət suverenliyimiz tam bərpa olunmuşdur. Hazırda həmin ərazilərə əhalinin mərhələli və təhlükəsiz şəkildə qayıdışını nəzərdə tutan “Böyük Qayıdış” Proqramı uğurla icra edilməkdədir.
Sonda məktəbin şagirdləri tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilmiş, şəhidlərimizin əziz xatirəsinə ithaf olunan vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmişdir.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

