20 Yanvar – Qanla Yazılan Şərəf Tarixi
19.01.2026 [21:21]
Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi tarixində 20 Yanvar 1990-cı il faciəsi həm böyük bir hüzn, həm də misilsiz qəhrəmanlıq salnaməsidir. Həmin gecə sovet imperiyasının silahlı qüvvələri Bakıya və respublikanın bir sıra bölgələrinə yeridilərək dinc əhaliyə qarşı amansız qırğın törətdi. Günahsız insanlar yalnız azad yaşamaq, haqq və ədalət tələb etdikləri üçün tankların, güllələrin hədəfinə çevrildilər.
20 Yanvar gecəsi yüzlərlə insan şəhid oldu, minlərlə vətəndaş yaralandı. Bu qanlı hadisə totalitar rejimin əsl mahiyyətini bütün dünyaya nümayiş etdirdi. Lakin həmin gecə Azərbaycan xalqının iradəsi sındırıla bilmədi. Əksinə, bu faciə xalqın azadlıq əzmini daha da möhkəmləndirdi və milli oyanışın dönüş nöqtəsinə çevrildi.
Faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyində verdiyi cəsarətli bəyanat, 20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət oldu. Məhz onun təşəbbüsü və qətiyyəti nəticəsində bu qanlı cinayət dünya ictimaiyyətinə çatdırıldı, günahkarların ifşa olunması istiqamətində mühüm addımlar atıldı.
20 Yanvar faciəsi Azərbaycanın müstəqillik tarixində silinməz iz qoydu. Bu hadisə sübut etdi ki, xalqın azadlıq iradəsini heç bir güc boğa bilməz. Məhz bu faciədən sonra müstəqil dövlət qurmaq arzusu dönməz xarakter aldı və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin arzusunda olduğu güclü, suveren və qalib ölkə kimi inkişaf edir. Vətən uğrunda canından keçənlərin müqəddəs xatirəsi hər zaman ehtiramla yad olunur.
Bu gün 20 Yanvar şəhidləri Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş qəhrəmanlar kimi ehtiramla anılır. Onların müqəddəs xatirəsi Şəhidlər Xiyabanında əbədi yaşayır. Azərbaycan xalqı hər il yanvarın 20-də bir dəqiqəlik sükutla şəhidlərin ruhunu yad edir, qəhrəman övladları ilə qürur duyur.Bu qanlı tarix müstəqil Azərbaycan dövlətinin bünövrəsində şəhid qanı olduğunu xatırladır və hər bir vətəndaşa Vətənə sədaqətin, milli birliyin müqəddəsliyini aşılayır.
20 Yanvar – hüznümüz, qürurumuz və milli yaddaşımızdır.
Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq.
Gündüz Alıkişiyev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

