Tarixə qanla yazılan şərəf
19.01.2026 [12:54]
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin ən qanlı, eyni zamanda ən şanlı səhifələrindən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının hərbi birləşmələri Bakıya yeridilərək dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törətmiş, yüzlərlə günahsız insan qətlə yetirilmiş, minlərlə şəxs yaralanmışdır. Bu faciə Azərbaycan xalqının iradəsini qıra bilməmiş, əksinə, milli azadlıq hərəkatını daha da gücləndirmiş, müstəqilliyə aparan yolun geri dönüşü olmayan mərhələsini formalaşdırmışdır.
20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və onlara ali diqqət və ehtiramın göstərilməsi Azərbaycan Respublikasında dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə 20 Yanvar hadisələrinə ilk dəfə rəsmi-siyasi qiymət verilmiş, bu faciə sovet totalitar rejiminin Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayət kimi tanınmışdır. 1994-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qərarla 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi dövlətin şəhidlərə olan mənəvi borcunun təzahürü olmuşdur.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulması, onların adlarının tarixə qızıl hərflərlə yazılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. Şəhidlər Xiyabanının ümummilli müqəddəs məkana çevrilməsi, burada şəhidlərin məzarlarının abadlaşdırılması, memorial komplekslərin yaradılması bu siyasətin real nəticələridir. Ulu Öndər 20 Yanvar şəhidlərini Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin zirvəsində dayanan fədailər kimi dəyərləndirmiş və onların göstərdiyi şücaətin gələcək nəsillər üçün örnək olduğunu vurğulamışdır.
Bu gün cənab Prezident İlham Əliyev tərəfindən həmin siyasət uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı sərəncam və fərmanlar, həyata keçirilən sosial layihələr 20 Yanvar şəhidlərinin ailələrinə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstəyin göstərilməsi dövlətin öz vətəndaşları qarşısında məsuliyyətinin göstəricisidir. Prezident İlham Əliyev hər il 20 Yanvar günü Şəhidlər Xiyabanını ziyarət edərək xalqın milli matəm günündə şəhidlərin ruhuna ehtiramını nümayiş etdirir və bu, dövlət-vətəndaş birliyinin rəmzinə çevrilmişdir.
20 Yanvar şəhidlərinin xatirəsinin yaşadılması yalnız anım mərasimləri ilə məhdudlaşmır. Təhsil müəssisələrində bu faciənin dərindən öyrədilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, 20 Yanvar hadisələrinin milli yaddaşın ayrılmaz hissəsinə çevrilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, 20 Yanvar faciəsinin mahiyyətinin dünya ictimaiyyətinə düzgün təqdim olunması istiqamətində görülən işlər də xüsusi əhəmiyyət daşıyır.
20 Yanvar şəhidlərinə göstərilən ali diqqət və ehtiram Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə sadiqliyinin, tarixi yaddaşa hörmətinin və müstəqillik ideallarına bağlılığının ifadəsidir. Bu siyasət bir daha sübut edir ki, Azərbaycan xalqı öz qəhrəman övladlarını heç vaxt unutmur, onların xatirəsini daim uca tutur. 20 Yanvar şəhidlərinin qanı ilə yazılmış tarix bu gün müstəqil, güclü və qalib Azərbaycanın mövcudluğunda yaşayır və gələcək nəsillərə azadlığın qiymətini xatırladan müqəddəs miras kimi ötürülür.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

