Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ
07.01.2026 [17:11]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə təkcə ötən ilin yekunlarına nəzər salan informativ çıxış deyil, qlobal güc mərkəzləri ilə münasibətlərdə Azərbaycanın yeni siyasi çəkisini ortaya qoyan konseptual sənəd kimi dəyərləndirilməlidir. Bu müsahibədə xüsusilə Azərbaycan–ABŞ münasibətləri kontekstində səslənən fikirlər, illərlə davam etmiş ədalətsizliyin səbəbləri və onun aradan qaldırılmasının real mexanizmləri açıq, qətiyyətli və tarixi yaddaşa hesablanmış şəkildə ifadə olundu. Cənab Prezident İlham Əliyev faktiki olaraq bir həqiqəti bəyan etdi: 2025-ci il Azərbaycan–Amerika münasibətlərində dönüş nöqtəsi, bəlkə də yeni başlanğıcdır. Bu dönüşün mərkəzində isə onilliklər boyu Azərbaycan dövlətinin üzərində siyasi şantaj aləti kimi saxlanılan, mahiyyət etibarilə erməni lobbisinin sifarişi olan mənfur 907-ci düzəliş dayanırdı. Dövlət başçısının müsahibədə toxunduğu ən kəskin və prinsipial məqamlardan biri məhz bu düzəlişin mahiyyəti və tarixi idi. Cənab Prezident açıq şəkildə bildirdi ki, 907-ci düzəliş qəbul edilərkən Azərbaycan torpaqları işğal altında idi, Xocalı soyqırımı törədilmişdi, xalqımız ağır humanitar fəlakətlə üz-üzə qalmışdı. Belə bir şəraitdə guya “Ermənistana qarşı blokada” bəhanəsi ilə Azərbaycanın yardımdan məhrum edilməsi ikiqat ədalətsizlik idi. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, bu düzəliş təkcə erməni lobbisinin təzyiqinin yox, eyni zamanda, o dövrdə Azərbaycanda hakimiyyətdə olmuş səriştəsiz və təsadüfi siyasi qüvvələrin diplomatik iflasının nəticəsi idi. Dövlət başçısı həmin illərdə Azərbaycan diplomatiyasının acınacaqlı durumunu xatırladaraq, faktiki olaraq tarixə siyasi hökm verdi: dövlət maraqlarını müdafiə edə bilməyən, beynəlxalq gündəmi oxumayan, peşəkarlıqdan uzaq hakimiyyət ölkəni ağır geosiyasi itkilərlə üz-üzə qoymuşdu.
Cənab Prezidentin müsahibəsində xüsusi diqqət çəkən məqamlardan biri də 907-ci düzəlişin qəbulunda fəal rol oynamış şəxslərin adının açıq şəkildə çəkilməsi oldu. Cənab Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, bu prosesin əsas təşəbbüskarlarından biri sonradan ABŞ Prezidenti olmuş Co Bayden idi. Bu fakt, əslində, Obama–Bayden və Bayden–Blinken administrasiyaları dövründə Azərbaycan–ABŞ münasibətlərinin niyə böhranlı vəziyyətə salındığını izah edən əsas siyasi açardır. Bu administrasiyalar dövründə Vaşinqtonun Azərbaycanı “lazım olduğu qədər” xatırlaması, ehtiyac bitən kimi isə 907-ci düzəlişi yenidən tətbiq etməsi ABŞ xarici siyasətində praqmatizmin yox, ikili standartların hökm sürdüyünü açıq şəkildə nümayiş etdirdi. Cənab Prezidentin “sizə yenə lazım olacağıq, amma onda bizim qapımızı döyməyin” fikri, əslində, zamanla öz təsdiqini tapmış siyasi uzaqgörənlik idi. Müsahibənin ən mühüm siyasi xətti Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə Amerika–Azərbaycan münasibətlərində köklü dəyişikliklərin başlanması ilə bağlı idi. Cənab Prezident İlham Əliyev açıq şəkildə vurğuladı ki, Tramp administrasiyası ideoloji yanaşmadan uzaq, milli maraqlara əsaslanan praqmatik siyasət yürüdür. Bu praqmatizmin məntiqi nəticəsi olaraq, Ağ Evdə Prezident Trampın iştirakı ilə 907-ci düzəlişin faktiki olaraq aradan qaldırılması simvolik yox, strateji məna daşıyan addım idi.
Bu addımın davamı kimi strateji işçi qrupunun yaradılması, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması, qarşılıqlı investisiya, nəqliyyat, enerji, hərbi-sənaye sahələrində əməkdaşlığın müzakirəsi Azərbaycanın artıq regional deyil, qlobal tərəfdaş kimi qəbul edildiyini göstərir. Cənab Prezident İlham Əliyevin müsahibəsində ABŞ–Azərbaycan münasibətlərinin ən real nəticələrindən biri kimi Zəngəzur dəhlizinin açılmasının artıq mübahisə mövzusu olmadığı xüsusi vurğulandı. Dövlət başçısı qəti şəkildə bildirdi ki, bu yolun adı dəyişə bilər, amma mahiyyəti dəyişməyəcək. ABŞ Prezidentinin bu layihəni açıq şəkildə dəstəkləməsi Zəngəzur dəhlizini regional təşəbbüsdən beynəlxalq nəqliyyat arteriyasına çevirir. Bu, eyni zamanda Ermənistan üçün də tarixi seçim anıdır: ya regionda iqtisadi əməkdaşlığın iştirakçısı olmaq, ya da özünü təcridə məhkum etmək.
Cənab Prezident İlham Əliyevin yanvarın 5-də verdiyi müsahibə bir daha sübut etdi ki, müasir dünyada beynəlxalq hüquq yox, güc, iradə və praqmatizm həlledici faktordur. Azərbaycan bu reallığı vaxtında dərk etdi, gücünü qurdu, suverenliyini təmin etdi və bu gün artıq onunla şərtləri diktə edən yox, hesablaşan tərəflər masaya oturur. 907-ci düzəlişin siyasi mənada tarixə qovuşması isə təkcə bir hüquqi sənədin ləğvi deyil-Azərbaycanın haqlı mövqeyinin gec də olsa beynəlxalq miqyasda qəbul edilməsidir.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39

