Dünya azərbaycanlılarının həmrəyliyi tarixi...
29.12.2025 [17:53]
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü dünya üzrə yaşayan milyonlarla azərbaycanlını vahid amal, ümumi milli kimlik və ortaq dəyərlər ətrafında birləşdirən ən mühüm bayramlardan biridir. Bu gün təkcə təqvimdə qeyd olunan tarix deyil, eyni zamanda milli şüurun, tarixi yaddaşın, vətənə bağlılığın və gələcəyə inamın rəmzidir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün bu gün mənəvi körpü rolunu oynayaraq onları ana Vətən – Azərbaycanla daha da yaxınlaşdırır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsası XX əsrin sonlarında qoyulmuşdur. 1989-cu ilin dekabrında Araz çayı boyunca baş verən hadisələr, sərhədlərin rəmzi olaraq sökülməsi Azərbaycan xalqının bölünmüş taleyinə etirazın, milli birliyin və azadlıq istəyinin açıq ifadəsi idi. Məhz bu tarixi hadisələrdən sonra, 1991-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 31 Dekabr rəsmi olaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Bu qərar azərbaycançılıq ideologiyasının formalaşması və möhkəmlənməsi baxımından mühüm tarixi addım oldu. Həmrəylik günü Azərbaycan xalqının harada yaşamasından asılı olmayaraq, öz milli köklərinə, dilinə, mədəniyyətinə və tarixine sahib çıxmasının təcəssümüdür. Bu gün dünya azərbaycanlıları bir daha sübut edirlər ki, fiziki olaraq fərqli ölkələrdə yaşasalar da, onların qəlbi, düşüncəsi və ruhu Azərbaycanla döyünür. Milli bayramlarımızın, adət-ənənələrimizin, ana dilimizin qorunması və gələcək nəsillərə ötürülməsi məhz bu həmrəyliyin nəticəsidir. Dünya Azərbaycanlılarının Həmrəylik günü həm də diaspor fəaliyyətinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Xaricdə yaşayan azərbaycanlılar bu gün vasitəsilə daha sıx birləşir, milli maraqlarımızın müdafiəsi istiqamətində birgə fəaliyyət göstərirlər. Azərbaycan həqiqətlərinin, xüsusilə də Qarabağla bağlı tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının rolu danılmazdır. Bu həmrəylik nəticəsində Azərbaycan səsi beynəlxalq arenada daha gur eşidilir. Müstəqil Azərbaycan dövləti dünya azərbaycanlılarının birliyinə hər zaman xüsusi önəm vermişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət diaspor quruculuğunun inkişafına, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasına və milli maraqlar ətrafında səfərbər olunmasına xidmət edir. Müxtəlif ölkələrdə keçirilən forumlar, konqreslər və tədbirlər Azərbaycan diasporunun gücünü və potensialını nümayiş etdirir. 31 Dekabr həm də gələcəyə ünvanlanan bir çağırışdır. Bu çağırış milli kimliyimizi qorumağa, dövlətçiliyimizi möhkəmləndirməyə, Azərbaycan adını daim uca tutmağa səsləyir. Xüsusilə gənc nəsil üçün bu gün böyük tərbiyəvi əhəmiyyətə malikdir. Gənclər həmrəyliyin, birlik və vətənpərvərliyin nə demək olduğunu dərk edir, milli dəyərlərə daha dərindən bağlanırlar. Dünya Azərbaycanlılarının Həmrəylik günü Azərbaycan xalqının gücünü, iradəsini və sarsılmaz birliyini əks etdirən əlamətdar gündür. Bu gün sübut edir ki, azərbaycanlılar harada yaşamasından asılı olmayaraq, bir millət, bir xalq və bir Vətən ətrafında birləşə bilirlər. Bu birlik və həmrəylik Azərbaycanın bu günü və gələcəyi üçün ən möhkəm dayaqlardan biridir. 31 Dekabr – qürur günümüz, birlik günümüz və milli varlığımızın bayramıdır.
Nicat Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

