Heydər Əliyev İdeyası və Azərbaycan Dövlətinin İnkişafı
11.12.2025 [20:05]
Dekabrın 12-si Azərbaycan xalqı üçün müqəddəs gündür. Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günü kimi qeyd edilir. Heydər Əliyev yalnız Azərbaycan dövlətçiliyinin banisi deyil, həm də xalqın milli qürur və birlik rəmzi olmuşdur. Onun həyat yolu, fəaliyyəti və ideyaları gələcək nəsillər üçün əvəzsiz örnəkdir.
Heydər Əliyev öz ömrünü dövlətçiliyin inkişafına, Azərbaycanın tərəqqisinə həsr etmişdir. O, xalqın rifahı, Vətənin azad və müstəqil olması üçün yorulmadan çalışmışdır. 1969-cu ildə respublika rəhbərliyinə gəldiyi ilk gündən Ümummilli Lider Azərbaycan xalqını inkişaf etmiş xalqlar sırasına çıxarmaq üçün böyük işlər görmüşdür. O, ölkədə sosial-iqtisadi böhran yaşayan Azərbaycanı keçmiş İttifaqın qabaqcıl respublikalarından birinə çevirmişdir.
Ulu Öndərin hakimiyyəti dövründə yüzlərlə yeni müəssisə və istehsalat sahəsi yaradılmış, elm, təhsil və mədəniyyət inkişaf etmişdir. Onun siyasəti yalnız iqtisadi tərəqqi ilə məhdudlaşmamış, həm də milli birliyin, ictimai-siyasi stabilliyin təmin olunmasına xidmət etmişdir. Heydər Əliyev həmçinin Azərbaycanın xarici siyasətini milli maraqlar çərçivəsində quraraq ölkənin beynəlxalq mövqeyini gücləndirmişdir.
1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Onun rəhbərliyi ilə ictimai-siyasi sabitlik bərpa edildi, Qarabağ cəbhəsində uğursuzluqlar aradan qaldırıldı və dövlət müstəqilliyi qorundu. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın strateji mövqeyini möhkəmləndirdi və ölkənin beynəlxalq aləmdə nüfuzunu artırdı.
Heydər Əliyev yalnız siyasi və iqtisadi sahədə deyil, həm də hüquqi və sosial sahələrdə önəmli islahatlar həyata keçirmişdir. 1995-ci ildə qəbul edilən Konstitusiya insan hüquq və azadlıqlarının qorunmasında yeni mərhələ yaratdı. 1998-ci ildə ölüm hökmünün ləğvi, hüquq normalarının beynəlxalq standartlara uyğunlaşdırılması Ümummilli Liderin quruculuq fəaliyyətinin bariz nümunəsi oldu.
Heydər Əliyevin ideyaları və siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən ölkəyə rəhbərlik edən İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttini qoruyaraq Azərbaycanı sürətlə inkişaf edən, beynəlxalq nüfuza malik bir dövlətə çevirmişdir. Bu siyasət sayəsində Azərbaycan həm iqtisadi, həm də siyasi sahədə regionun lider ölkələrindən birinə çevrilmişdir.
Ən önəmlisi isə, sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycanın işğal altındakı torpaqları azad edilmişdir. Bu qələbə Ulu Öndərin arzularının reallaşması və Azərbaycan xalqının milli qürur mənbəyinə çevrilməsi deməkdir. Prezident İlham Əliyev bu tarixi qələbənin qazanılmasında hərb, diplomatiya və informasiya sahəsində nümunəvi liderlik göstərmişdir.
Ulu Öndərin ideyası və Prezident İlham Əliyevin siyasəti Azərbaycan xalqına firavan gələcək və etibarlı dövlət vəd edir. Dekabrın 12-si Heydər Əliyevin əbədiyyətə qovuşmasının ildönümü olmaqla yanaşı, həm də dövlətçilik tariximizdə misilsiz xidmətlərin xatirəsini yad etmək günü kimi qeyd edilir. Ulu Öndərin ideyaları, siyasəti və xalqına sevgisi gələcək nəsillərə örnək olacaqdır.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası
Nəsimi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

