Milli dövlətçilik və siyasi sabitlik: YAP-ın tarixi missiyası
21.11.2025 [14:59]
Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümü Azərbaycanın müstəqillik yolunda keçdiyi mürəkkəb, lakin qürurverici tarixi əks etdirir. 1990-cı illərin əvvəlləri ölkə üçün ən ağır siyasi, iqtisadi və sosial böhran dövrü idi. Dövlət idarəçiliyində səriştəsizlik, qanunsuz silahlı birləşmələrin meydan oxuması, iqtisadi çöküş və Ermənistana qarşı müharibədə ardıcıl məğlubiyyətlər Azərbaycanı dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşdirmişdi.
Belə bir şəraitdə ölkənin görkəmli şəxsləri Azərbaycanın yeganə xilası kimi Heydər Əliyevi siyasi prosesə qayıtmağa çağırdılar. Bu müraciət tarixi qərar olaraq YAP-ın təsis edilməsinə gətirib çıxardı. Partiyanın Naxçıvanda keçirilməsi təsadüfi deyildi — həmin vaxt Bakıda belə bir tədbirə icazə verilmirdi və demokratik prinsiplər formal olaraq elan edilsə də, real vəziyyət tam başqa idi.
YAP-ın yaranması ilə Azərbaycan siyasi sisteminə yeni nəfəs gətirildi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xaos dövrü başa çatdı, dövlətçiliyin əsasları qoyuldu, idarəçilik sistemi yenidən quruldu. 1995-ci ildə Konstitusiyanın qəbulu, hüquqi dövlət quruculuğu prosesinin başlanması, iqtisadiyyatın bazar prinsiplərinə uyğunlaşdırılması həmin illərin əsas nailiyyətləri sırasında yer aldı.
Bu gün YAP-ın siyasi xətti Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Dövlət idarəçiliyində peşəkarlıq, iqtisadi artım, sosial rifahın yaxşılaşdırılması, beynəlxalq nüfuzun yüksəldilməsi və milli təhlükəsizliyin təmin olunması Azərbaycanın son illərdəki inkişafını xarakterizə edən əsas meyillərdir. Ölkənin valyuta ehtiyatlarının xarici borcdan 8 dəfə çox olması, iqtisadiyyatın çoxşaxəli islahatlarla genişlənməsi və investisiya mühitinin yaxşılaşdırılması bu siyasətin uğurlarını təsdiq edir.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması da YAP-ın siyasi xəttinin uğurudur. Bir sıra beynəlxalq təşkilatlarda əldə olunan nailiyyətlər, Ermənistanın təxribatlarının ifşası, ölkələrarası tərəfdaşlığın güclənməsi Azərbaycanın mövqelərini möhkəmləndirmişdir. Bu uğurların əsasında məsuliyyətli, etibarlı və milli maraqlara əsaslanan xarici siyasət dayanır.
YAP-ın siyasi xəttinin ən böyük nəticəsi isə müharibədəki Zəfərdir. 44 günlük Vətən müharibəsində Ordumuzun qələbəsi Azərbaycan tarixinin ən böyük hadisəsi olmaqla yanaşı, ölkənin siyasi idarəetmə modelinin düzgünlüyünü təsdiq etdi. Bu Qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və yeni dövr — quruculuq və inkişaf mərhələsi başlandı.
Bu gün YAP öz siyasi missiyasını yalnız keçmiş nailiyyətlərlə deyil, həm də gələcəyə yönəlmiş strateji hədəflərlə davam etdirir. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, iqtisadiyyatın modernləşdirilməsi və sosial siyasətin daha da təkmilləşdirilməsi partiyanın yeni dövrdə əsas prioritetləridir.
33 il ərzində Azərbaycan xalqı YAP-ın dövlətçilik ənənələrinə, sabitliyə və inkişaf strategiyasına söykənən siyasətinin nəticələrini real şəkildə görmüşdür. Bu gün Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, həm də müstəqilliyin, milli birliyin və gələcəyə inamın rəmzidir.
Hüseyn Məsimov,
YAP Mirəsədulla Mirqasımov küçəsi 1 (KTM PHŞ) üzrə ƏPT sədri,
“Kliniki Tibbi Mərkəz” PHŞ-in baş həkimi
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

