Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir
22.10.2025 [20:42]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Respublikasına gözlənilən dövlət səfəri ərəfəsində “Kazinform” agentliyinə verdiyi eksklüziv müsahibə Bakı və Astana arasında strateji münasibətlərin davamlılığını və dərinliyini bir daha nümayiş etdirdi.
Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə tam gücü ilə inkişaf edir. Son onilliklər ərzində xalqlarımız arasında formalaşmış tarixi qardaşlıq, dostluq və ortaq türk kimliyi strateji tərəfdaşlığın əsasını təşkil edir. Bu münasibətlər qarşılıqlı hörmət, ortaq dəyərlər, mədəni ənənələr və mənəvi yaxınlıq üzərində qurulub.
İkitərəfli əlaqələrin davamlı inkişafında dövlət başçıları arasında olan fəal və konstruktiv dialoq mühüm rol oynayır. Son üç ildə cənab Prezident İlham Əliyevin Qazaxıstana bu, yeddinci səfəridir. Prezident Kasım-Jomart Tokayev isə eyni dövrdə Azərbaycana altı dəfə səfər edib. Bu müntəzəm təmaslar aktual məsələlərin operativ şəkildə həllinə, həmçinin əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqelərin müəyyənləşdirilməsinə şərait yaradır.
Qazaxıstanın azad edilmiş Füzuli şəhərində Uşaq İncəsənət Mərkəzinin inşası bu qardaşlığın və dostluğun bariz nümunəsidir. İndiyədək iki ölkə arasında təxminən 170 sənəd imzalanıb. Onlar ikitərəfli əməkdaşlığın hüquqi bazasını və institusional mexanizmlərini möhkəmləndirir. Bu sənədlər arasında Azərbaycan ilə Qazaxıstan arasında Strateji Tərəfdaşlıq və Müttəfiqlik Münasibətləri haqqında Müqavilə xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan və Qazaxıstan BMT, Türk Dövlətləri Təşkilatı (TDT) və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda da sıx əməkdaşlıq edirlər. İqtisadi və ticarət əlaqələri sürətlə genişlənir. 2025-ci ilin yanvar–avqust aylarında iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə artaraq 547 milyon ABŞ dollarına çatıb. Bu artım, ilk növbədə, Orta Dəhlizin potensialından səmərəli istifadə və enerji-logistika infrastrukturunun modernləşdirilməsi ilə bağlıdır.
Hazırda Qazaxıstan kapitallı təxminən 25 kommersiya qurumu Azərbaycanda fəaliyyət göstərir ki, bu da ölkəmizə olan yüksək investisiya etimadını göstərir.
2024-cü ildə iki ölkə arasında tranzit daşımalarının həcmi 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Azərbaycan və Qazaxıstan Orta Dəhlizin fasiləsiz fəaliyyətini təmin etməkdə əsas rol oynayır. 2022-ci ildə Aktauda Azərbaycan, Qazaxıstan və Türkiyə arasında 2022–2027-ci illər üçün Orta Dəhlizin inkişafı üzrə Yol Xəritəsi imzalanıb.
Energetika sahəsində SOCAR və “KazMunayQaz” arasında Aktau–Ceyhan marşrutu üzrə xam neftin tranziti, 2024-cü ildə isə tranzit qaz tariflərinin aşağı salınması barədə sazişlər imzalanıb.
Bərpa olunan enerji sahəsində də əməkdaşlıq genişlənir: Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin inteqrasiyasına dair bir sıra strateji razılaşmalar və memorandumlar imzalanıb.
Mədəni əlaqələr də yüksələn xətlə inkişaf edir. 2023-cü ildə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günləri keçirilib. Bundan əlavə, 2023-cü ildə Bakıda Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin isə 115 illik yubileylərinə həsr edilmiş beynəlxalq elmi konfranslar təşkil olunub.
Türk Dövlətləri Təşkilatı Azərbaycan və Qazaxıstan arasında münasibətlərin dərinləşdirilməsində mühüm platformadır. Bu təşkilat siyasi dialoqun genişlənməsinə, iqtisadi inteqrasiyanın güclənməsinə və humanitar əməkdaşlığın inkişafına təkan verir. Xüsusilə qeyd olunmalıdır ki, gələn il 100 illiyi tamam olan Birinci Türkoloji Qurultay TDT tərəfindən Bakıda rəsmi şəkildə qeyd ediləcək.
Cənab Prezident İlham Əliyev müsahibəsində Xəzər dənizinin dayazlaşması problemini ciddi ekoloji təhlükə kimi qiymətləndirib. O, Xəzəryanı ölkələr arasında sıx əməkdaşlığın, elmi məlumat mübadiləsinin və təkmilləşdirilmiş ekoloji tədbirlərin vacibliyini vurğulayıb.
Ölkəmizin başçısı qeyd edib ki, artan transmilli ekoloji risklər fonunda Xəzər dənizi təkcə su hövzəsi deyil, həm də ortaq məsuliyyətin və birgə fəaliyyətin rəmzinə çevrilir.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

