Qurtuluşdan Zəfərə gedən yolun memarı
01.10.2025 [21:30]
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün taleyüklü hadisə, dövlətçiliyimizin xilasa gedən yolunun başlanğıcı oldu. O zaman xalqımız üzərinə düşən məsuliyyətin böyüklüyünü dərindən dərk edirdi. Hamı anlayırdı ki, səriştəsiz hakimiyyətlər nəticəsində dövlət müstəqilliyimiz itmək təhlükəsi ilə qarşı-qarşıya qalıb və yeganə çıxış yolu xilaskar liderin seçilməsidir. 3 oktyabrda xalq yekdilliklə Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi və bununla da bu günkü qüdrətli dövlətimizin təməlləri qoyuldu.Hələ sovet dönəmində respublikaya rəhbərlik etdiyi illərdə milli dövlətçilik düşüncəsini, azərbaycançılıq ruhunu yaşadan Ulu Öndər Heydər Əliyevə xalqın sevgisi güclü idi. Xalqın bu sevgisi və çağırışı onu yenidən vətənə gətirdi. Əgər o illərdə dahi şəxsiyyət dövlət rəhbərliyinə dəvət edilsəydi, 20 Yanvar faciəsi, Xocalı soyqırımı və digər ağır sınaqlar xalqımızın taleyinə yazılmaya bilərdi. 1993-cü ildə xalq öz iradəsi ilə Heydər Əliyevi hakimiyyətə gətirərək müstəqil dövlətimizin ilk dəfə olaraq əsl güclü rəhbərlik və möhkəm mərkəzi hakimiyyətlə tanış olmasına şərait yaratdı.Onun prezident seçilməsindən sonra ölkədə vətəndaş həmrəyliyi təmin edildi, sabitlik bərpa olundu, Qarabağda atəşkəs əldə edildi, ordu quruculuğuna ciddi diqqət yetirildi. Qısa müddət ərzində real və güclü silahlı qüvvələr formalaşdırıldı. Məhz bu əsaslar sonradan Vətən Müharibəsində qazanılan Zəfərin başlanğıc nöqtəsini təşkil etdi.Ulu Öndər Heydər Əliyevin əsas məqsədi Azərbaycanda hüquqi və demokratik dövlət qurmaq idi. Onun rəhbərliyi ilə siyasi-hüquqi islahatlar başladı: ilk parlament seçkiləri keçirildi, çoxpartiyalı sistem yarandı, müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Mətbuat üzərində senzura ləğv olundu, məhkəmə-hüquq islahatları həyata keçirildi, Konstitusiya Məhkəməsi və Ombudsman təsisatı yaradıldı. İnsan hüquq və azadlıqları dövlətin ali məqsədi elan olundu, qadınların dövlət həyatında rolunun artırılmasına geniş imkanlar açıldı. Bütün bu addımlar nəticəsində Azərbaycan həqiqi mənada demokratik-hüquqi dövlətə çevrildi.Milli ideologiyanın yaradılması da onun dövlətçilik siyasətinin vacib tərkib hissəsi idi. Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, azərbaycançılıq dövlətçiliyin, milli-mənəvi dəyərlərin və ümumbəşəri dəyərlərin vəhdətidir. Ulu Öndərin "Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı hər bir soydaşımıza milli kimliyimizlə qürur duymağı aşıladı və azərbaycançılıq məfkurəsini gücləndirdi.Dahi lider qlobal düşüncəsi, uzaqgörən siyasəti, ensiklopedik biliyi və diplomatik istedadı ilə yalnız Azərbaycanda deyil, bütün dünyada “siyasət nəhəngi” kimi tanınırdı. Onun qoyduğu möhkəm dövlətçilik təməli vəsiyyət kimi varisinə ötürüldü. Prezident İlham Əliyev həmin yolu ləyaqətlə davam etdirərək Azərbaycanı daha da gücləndirdi. İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfər, Qarabağda həyata keçirilən antiterror əməliyyatları nəticəsində suverenliyin tam bərpası məhz Heydər Əliyevin qoyduğu əsasların davamı oldu.Bu gün Azərbaycana qarşı çıxan hər kəs bilməlidir ki, dövlətimiz Heydər Əliyev siyasəti üzərində möhkəmlənib və bu siyasət əbədi olaraq davam edəcək. Onun əziz xatirəsi isə xalqımızın yaddaşında əbədi yaşayacaq.
Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

