Azərbaycan–Macarıstan münasibətləri çoxşaxəli müttəfiqlik formatına çevrilməkdədir
22.05.2025 [19:47]
Gündüz Alıkişiyev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Prezident İlham Əliyevin Macarıstana səfəri Azərbaycanın Mərkəzi Avropa üçün, xüsusilə enerji təhlükəsizliyi sahəsində artan strateji əhəmiyyətinin və Bakının dost Aİ ölkələri ilə tərəfdaşlıq əlaqələrini genişləndirmək istəyinin bariz nümunəsi oldu. Səfər Avropada davam edən mürəkkəb geosiyasi vəziyyət fonunda baş tutdu. Xarici çağırışlara baxmayaraq, Azərbaycan və Macarıstanın praqmatik və qarşılıqlı faydalı əməkdaşlıq modeli hər iki ölkənin suveren xarici siyasət yanaşmasını nümayiş etdirdi. Bunu səfər çərçivəsində səsləndirilən fikirlər və birgə bəyanatlar da təsdiqlədi. Onlar strateji tərəfdaşlığın, regional və qlobal məsələlər üzrə koordinasiyanın, xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərdi.
Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanla Budapeştdə verdiyi bəyanat bu münasibətlərin dərinliyini, Azərbaycanın regional siyasətdəki mövqeyini və enerji diplomatiyasındakı rolunu aydın şəkildə ortaya qoydu. Prezidentin çıxışı həm diplomatik nəzakət, həm də strateji mesajlarla yadda qaldı.
Baş nazir Viktor Orbanın çıxışı isə iki ölkə arasındakı münasibətlərin yalnız siyasi yox, həm də şəxsi etimad üzərində qurulduğunu göstərdi. Cənab Orban Prezident Əliyevi Macarıstanın dostu adlandırdı və Azərbaycanla diplomatiya və enerji sahələrində uzun illər davam edən əməkdaşlığa xüsusi önəm verdiyini bildirdi. Prezident İlham Əliyevin səfəri Azərbaycan-Macarıstan münasibətlərində strateji tərəfdaşlığın dərinləşdirilməsinin məntiqi davamı oldu. Əsas vurğu enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın Avropa enerji bazarındakı rolunun gücləndirilməsinə yönəldi. Yüksək səviyyəli görüşlər və qarşılıqlı səfərlər bu əlaqələrin inkişafına mühüm təkan verir.
Tarixdə ilk dəfə Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısının Budapeştdə keçirilməsi Macarıstan üçün mühüm diplomatik hadisə oldu. Tamhüquqlu üzv olmasa da, Budapeştin bu görüşə ev sahibliyi etməsi onun türk dünyası ilə əlaqələrini dərinləşdirmək istəyi kimi qiymətləndirilə bilər.
Xəbər lenti
Hamısına baxSosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42

