Azərbaycan-Vyetnam münasibətləri: dayanıqlı inkişaf və strateji məqsədlər
12.05.2025 [18:15]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Prezident İlham Əliyevin mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə Azərbaycan ilə Vyetnam arasında çoxşaxəli və dərin tarixi əlaqələrin inkişaf dinamikasını, əməkdaşlıq istiqamətlərini və gələcək perspektivlərini əhatə edir. Bu müsahibə iki dövlət arasında diplomatik münasibətlərin strateji səviyyəyə keçidinin göstəricisi olmaqla yanaşı, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan tərəfdaşlığın mühüm mərhələsini əks etdirir.
Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətləri yarım əsrdən artıq bir tarixə malikdir. Hələ 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana səfəri, eləcə də 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama etdiyi səfər bu münasibətlərin təməlini qoyub.
Dövlət başçılarının qarşılıqlı səfərləri son onillikdə Azərbaycan-Vyetnam münasibətlərinin yeni mərhələyə keçidinə səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə bu ölkəyə dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri dövlətlərarası strateji əməkdaşlığın formalaşmasına təkan verib. Həmin səfər çərçivəsində keçirilən Birinci Azərbaycan-Vyetnam biznes forumu iqtisadi əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
İkitərəfli əmtəə dövriyyəsinin 2024-cü ildə 223,93 milyon ABŞ dolları təşkil etməsi iqtisadi əməkdaşlığın perspektivlərini nümayiş etdirir. Ölkələrimiz arasında yaradılmış Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası ticarət, sənaye, texnologiya, maliyyə və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətin yeni istiqamətlərini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.
Azərbaycan və Vyetnam arasında əməkdaşlıq neft sektorunda tarixi təmələ söykənir. Ölkəmizin mütəxəssislərinin Vyetnamın neft sənayesinin formalaşmasında oynadığı rol bu sahədə əməkdaşlığın dərin köklərini göstərir. 2019-cu ildə Azərbaycanın SOCAR ilə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” arasında imzalanmış müqavilə bu əməkdaşlığın müasir mərhələdə davam etdiyini təsdiqləyir.
Sovet dövründə Azərbaycanda təhsil alan təxminən 5 min vyetnamlı mütəxəssisin yetişdirilməsi iki xalq arasında humanitar əlaqələrin əsasını qoyub. Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası və Bakıda Vyetnam Günləri çərçivəsində təşkil olunan tədbirlər iki ölkə arasında mədəni körpülərin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Vyetnamdan olan tələbələrin təhsil imkanlarından yararlanmasına dəstək verir. Onlar Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün təqdim olunan qrant və təqaüdlər çərçivəsində təhsil proqramlarından istifadə edə bilərlər.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Vyetnamda bir sıra sosial layihələr həyata keçirib. 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi, 2025-ci ilin aprelində Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri çərçivəsində keçirilən görüşlər və dəstək proqramları bu humanitar əməkdaşlığın davamlı xarakter daşıdığını göstərir.
Münasibətlərin perspektivli istiqamətlərindən biri kimi turizmin inkişafı xüsusi yer tutur. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm sektorunda fəallığı artırmaqla yanaşı, xalqlar arasında mədəni əlaqələri də genişləndirəcək. Eyni zamanda, səhiyyə, ekoloji proqramlar və elmi-texniki əməkdaşlıq sahələri də qarşılıqlı maraq doğurur.
Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın mayın 7-də Azərbaycana səfəri iki ölkə arasında siyasi dialoqun və partiyalararası əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcək. Bu mühüm hadisə qarşılıqlı etimada əsaslanan münasibətlərin strateji səviyyəyə yüksəlməsinə xidmət edir. Səfər çərçivəsində əldə olunacaq razılaşmalar ikitərəfli əlaqələrin daha sistemli və institusional əsasda inkişafını təmin edəcək. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir. Dövlətimizin başçısı qeyd edib ki, bu kontekstdə səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar.
Nəticə olaraq, Prezident İlham Əliyevin bu müsahibədə söylədiyi fikir Azərbaycan ilə Vyetnam arasında əlaqələrin dərinliyi və genişliyi barədə dolğun təsəvvür yaradır. İki dövlət arasında qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan münasibətlər siyasi dialoqdan tutmuş iqtisadi, mədəni və humanitar sahələrə qədər hərtərəfli inkişaf edir. Vyetnam liderinin səfəri isə münasibətlərin yeni mərhələyə qədəm qoymasına şərait yaradacaq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

