Aşıq Ələsgər yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib
07.10.2024 [15:18]
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri
Prezident İlham Əliyev Azərbaycan xalqının milli mədəniyyətinə, tarixində iz qoymuş şəxsiyyətlərinə və ənənələrinə hər zaman həssaslıqla yanaşmış və yüksək dəyər vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında etdiyi çıxış bu yüksək dəyərin daha bir təzahürüdür. Bu abidənin açılışı təkcə Aşıq Ələsgərin xatirəsini yaşatmağın deyil, həm də milli kimliyin, mədəni irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin nə dərəcədə əhəmiyyətli olmasını göstərir.
Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən iki Sərəncam imzalanmışdır. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan birinci deportasiyası idi.
Aşıq Ələsgərin abidəsinin açılışı münasibətilə keçirilən tədbirdə iştirak edən dövlətimizin başçısı çıxışında tarixi faktları xatırladaraq bildirmişdir ki, hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi Sovet İttifaqı miqyasında təntənəli şəkildə qeyd edilmiş və yubiley münasibətilə aşığın doğma Ağkilsə kəndində abidəsi ucaldılmışdır. Təəssüflər olsun ki, 1980-ci illərin sonları və 1990-cı illərin əvvəllərində, Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyası dövründə soydaşlarımıza məxsus bütün tarixi-mədəni və dini abidələrimiz kimi, Aşıq Ələsgərin abidəsi də ermənilər tərəfindən dağıdılmışdır. Lakin bu böyük sənətkarın yaradıcılığı Azərbaycan xalqının ürəyində elə dərin bir iz salmışdır ki, 200 il keçəndən sonra yenə də Aşıq Ələsgər öz millətini, Vətənini sevən insan kimi xalqımızın yaddaşında qalmışdır.
Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimi keçirilərkən əlamətdar hadisə baş verib, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır. Aşıq Ələsgər yaradıcılığının məktəblərdə və digər ölkələrdə təbliğ edilməsi üçün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Bununla əlaqədar olaraq bir sıra tədbirlər keçirilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə eyni zamanda qəhrəman Azərbaycan Ordusu 30 illik həsrətimizə son qoydu, Qarabağın tacı Şuşa başda olmaqla, Qarabağ torpaqları azad olundu. 23 saatlıq antiterror əməliyyatında 200 ilin problemi həll olundu. Prezident İlham Əliyev tarixi Qələbəmizdən sonra Şuşada dahi Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın ermənilər tərəfindən dağıdılmış abidələrini bərpa etdirdiyi kimi, biz inanırıq ki, Qərbi azərbaycanlılar öz torpaqlarına qayıdacaq və Aşıq Ələsgərin qəbirüstü abidəsi də bərpa olunacaq.
Aşıq Ələsgər Azərbaycan xalqının mədəniyyətində və tarixində mühüm yer tutan bir şəxsiyyətdir. Onun abidəsinin ermənilər tərəfindən dağıdılması, təkcə mədəni irsə hücum deyil, həm də Qərbi Azərbaycan torpaqlarında xalqımızın tarixi varlığının silinməsinə yönəlmiş bir cəhd kimi qiymətləndirilə bilər. Buna görə də, gələcəkdə Ağkilsə kəndində bu abidənin bərpası yalnız keçmişi yenidən canlandırmaq deyil, həm də milli kimliyimizin və hüquqlarımızın bərpası demək olacaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

