Strateji tərəfdaşlığın yüksək zirvəsi
10.09.2024 [16:05]
Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əlaqələrin inkişafı mühüm yer tutur. Bu baxımdan, ölkəmizin İtaliya ilə münasibətləri xüsusi vurğulanmalıdır. Azərbaycanla İtaliya arasında siyasi gündəliyə aid müzakirələr bugünlərdə Prezident İlham Əliyevin bu ölkəyə uğurlu işgüzar səfəri çərçivəsində reallaşdı. Belə ki, həm Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə qatıldığı işçi naharda, həm də dövlətimizin başçısının İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə qarşılıqlı münasibətlər diqqət mərkəzində olub. Yüksək səviyyədə aparılan müzakirələrdə tərəflər əlaqələrin hazırkı səviyyəsindən məmnunluqlarını bildiriblər, həmçinin münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduqlarını bir daha nəzərə çatdırıblar.
Ümumiyyətlə, strateji tərəfdaşlıq dövlətlərarası diplomatiyanın ən yüksək səviyyəsi sayılır və qarşılıqlı münasibətlərin xüsusi səciyyə daşıdığını nümayiş etdirir. Qısa müstəqillik tarixində Azərbaycanın dünyanın bir sıra ölkələri, o cümlədən də Avropa İttifaqı məkanına daxil olan 10-dək dövlətlə belə münasibətlər qurması böyük nailiyyətdir. Azərbaycanla İtaliya da strateji tərəfdaşlardırlar. İki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Hər iki tərəf qarşılıqlı münasibətlərin yol xəritəsi sayılan bu sənəddə əksini tapan müddəaların həyata keçirilməsinə güclü siyasi iradə nümayiş etdirir. Romada Prezident İlham Əliyevin qatıldığı tədbirlərdə ifadə olunan fikirlər bunu bir daha təsdiqlədi. Məsələn, Prezident Sercio Mattarella işçi naharda Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkəmizin İtaliyanın yaxın tərəfdaşı olduğunu deyib, 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin önəmini vurğulayıb.
Strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olaraq liderlər və digər yüksəksəviyyəli rəsmilər arasında sıx təmaslar mövcuddur. Romada Prezident İlham Əliyevin qatıldığı tədbirlərdə qarşılıqlı səfərlərin önəminə xüsusi diqqət çəkilib. Sercio Mattarella özünün Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Qeyd edək ki, bəhs olunan səfər 2018-ci ilin iyulunda baş tutub və kifayət qədər uğurlu olub. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşıb. Bu səfər çərçvəsində müxtəlif sahələri əhatə edən 28 sənəd imzalanıb. Dövlətimizin başçısının 2022-ci ilin sentyabrında İtaliyaya baş tutan işgüzar səfərinin gündəliyi də kifayət qədər geniş olub. İşçi naharda söhbət zamanı son dörd ildə İtaliyaya üç dəfə səfər etdiyini deyən dövlətimizin başçısı da münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını məmnuniyyətlə qeyd edib, İtaliya-Azərbaycan əlaqələrinin özündə çoxşaxəli əməkdaşlığı ehtiva etdiyini vurğulayıb. Eyni zamanda, Prezident İlham Əliyev İtaliya Prezidentini Azərbaycana dövlət səfərinə dəvət edib və Sercio Mattarella dəvəti məmnunluqla qəbul edib.
Xüsusi vurğulamaq lazımdır ki, Prezidentimiz cənab İlham Əliyevin İtaliyaya işgüzar səfəri zamanı “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış etməsi böyük əhəmiyyət kəsb edir. “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil olunan və sayca 50-ci olan beynəlxalq Çernobbio Forumunda Prezident İlham Əliyevin əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir. Bu fakt xüsusilə, Azərbaycan Prezidentinin beynəlxalq miqyasda böyük nüfuzunun göstəricisidir!
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

