Xalqın YAP-a böyük inam və ehtiramı var
15.08.2024 [22:07]
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun Goranboy rayonunun Xoylu kəndində Xoylu, Yolqullar, Nizami kənd seçiciləri və Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndində Naftalan şəhərindən olan seçicilərlə görüşü keçirilib.
Görüşdən əvvəl Xoylu kəndindən olan şəhidlərin xatirəsinə tikilmiş ehsan bulağı ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev çıxış edərək Yeni Azərbaycan Partiyasının bu seçkilərə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müasir müstəqil Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir.
Çıxış edən YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov bildirib ki, müasir müstəqil Azərbaycanın hər bir uğurunda Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi, hazırda cənab İlham Əliyevin Sədrliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyasının müstəsna rolu var. Vurğulanıb ki, bu baxımdan parlament seçkilərində YAP-ın qələbəsi labüddür.
Deputatlığa namizəd Bədəl Bədəlov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət siyasətinin uğurla davam etdirilməsindən danışaraq, ölkəmizin təkcə Cənubi Qafqazın lideri deyil, bütün dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrildiyini qeyd edib.
Tədbirdə Goranboy rayonu üzrə təşviqat qrupunun üzvləri şəhid Orxan Namazovun anası Nailə Məmmədova, şəhid mayor Əlövsət Məmmədovun həyat yoldaşı Rahinə Məmmədova, Naftalan şəhəri üzrə təşviqat qrupunun üzvləri Hatəm Qocayev və Fuad Zamanov çıxış edərək hər bir seçicini öz seçki hüququndan istifadə edərək parlament seçkilərində fəal olmağa, yeni dövrün hədəflərinə yüksək səviyyədə nail olmaq, qalib Azərbaycanın tarixini daha möhtəşəm uğurlarla zənginləşdirmək üçün Yeni Azərbaycan Partiyasına bir daha etimad göstərməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Daha sonra deputatlığa namizəd Bədəl Bədəlov Goranboy rayonunun Qaradağlı, Şadılı, Xoylu, Yolqullar kəndlərindən və Naftalan şəhərindən olan şəhid ailələri və həmin kəndlərdən olan bir qrup ziyalı, ağsaqqal ilə çay süfrəsi ətrafında səmimi söhbət aparıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

