Hamının marağında olan məsələ
19.01.2023 [10:36]
Avtomobillərin sığortalanmasında yeni qaydalar
Kiçik həcmli avtomobillərin sığorta edilməsində istisnalar yoxdur
Mübariz FEYİZLİ
Getdikcə daha çox insanın işi sığorta bazarından keçir, desək, yanılmarıq. Baş verən qəzalar, yanğınlar, daşqınlar, sürüşmələr sığortaya olan marağı artırıb. Dünyanın qabaqcıl ölkələrində olduğu kimi, respublikamızda da insanlar arasında belə bir inam formalaşıb ki, çətinliyə düşəndə onların köməyinə sığorta şirkətləri çatacaqlar. Qeyd edək ki, respublikamızda sığorta bazarında tənzimləmə funksiyasını Mərkəzi Bank həyata keçirir. Bəs bu sahədə hansı yeniliklər tətbiq olunur?
Sığorta bazarında rəqəmsallaşma
Mərkəzi Bankdan “Yeni Azərbaycan”a daxil olan məlumatda bildirilir ki, qurum getdikcə genişlənən sığorta bazarının tənzimlənməsi siyasəti çərçivəsində beynəlxalq təcrübəni və meydana çıxan çağırışları nəzərə almaqla daim yeniliklərə “yaşıl işıq” yandırır. Hədəf müştəri məmnunluğunun yüksəldilməsinə nail olmaqdır. Bildirilir ki, sığorta sahəsində görülən islahat tədbirləri sığorta xidmətlərinin ölkəmizdə inkişaf edirilməsinə, sığortalıların hüquqlarının qorunmasına və sığorta xidmətlərinə əlçatanlığın təmin olunmasına xidmət edir. Qəbul edilən qərarlar üzrə son yeniliklərdən biri də avtoicbari sığorta üzrə sığorta müqaviləsi bağlayan sığortaçıların rəsmi internet səhifəsinə dair yeni tələbin müəyyən edilməsidir. Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin 28 dekabr 2022-ci il tarixli, 60/5 nömrəli qərarı ilə “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də dəyişikliklər təsdiqlənib. Həmin dəyişikliklərə əsasən, avtoicbari sığortanın aparılmasına icazə almaq istəyən hər bir sığortaçı sığortalılarla müvafiq icbari sığorta müqaviləsinin öz rəsmi internet səhifəsi vasitəsilə qanunvericiliyə uyğun olaraq bağlanması imkanına malik olmalıdır. Müvafiq sığorta növünün aparılmasına icazəsi olan sığortaçılar öz rəsmi internet səhifəsinin texniki imkanlarını Tələblərin qüvvəyə mindiyi tarixdən etibarən 10 gün müddətində həmin tələbə uyğunlaşdırmalıdırlar.
Mərkəzi Bankdan bildirilib ki, informasiya və kommunikasiya texnologiyalarının yüksək sürətlə inkişaf etdiyi, bütün dünyada olduğu kimi, ölkəmizdə də internetə çıxışın genişləndiyi və rəqəmsallaşma texnologiyalarının tətbiq edildiyi müasir dövrümüzdə zamanın tələbi nəzərə alınaraq sözügedən dəyişikliyin Tələblərə əlavə edilməsi zəruri hesab olunub. Bu dəyişiklik avtoicbari sığorta növü üzrə sığorta şəhadətnamələrinin şirkətlərin rəsmi veb-səhifələri üzərindən müştərilər tərəfindən onlayn qaydada rahat şəkildə əldə edilməsini təmin edəcək.
Eyni zamanda, “İcbari sığortalar haqqında” Qanuna, eləcə də onun tətbiqi ilə bağlı müvafiq Fərmana son dövrlərdə edilən dəyişikliklər də bu məqsədə xidmət edir. Bütün bu dəyişikliklər sığorta sahəsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqini nəzərdə tutmaqla icbari sığorta növlərinin tam olaraq elektronlaşmasına, nəticə etibarilə bu sahədə həyata keçirilən bütün xidmətlərin rəqəmsallaşmasına şərait yaradacaq. Sığorta xidmətlərinə əlçatanlığın maksimal şəkildə təmin olunması və sığorta fəaliyyətinin rəqəmsallaşdırması istiqamətində islahatların bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.
Bütün növ avtomobillər sığortalanacaq
Sığorta bazarı ilə bağlı narahatçılıqlar da az deyil. Məsələn, son vaxtlarda ayrı-ayrı sığorta şirkətləri mühərrik həcmi kiçik olan avtomobillərin sahiblərinin icbari sığorta ilə bağlı müraciətlərini qəbul etmək istəmir və bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışırlar. Bəhanələrdən biri mühərrik həcmi kiçik olan avtomobillərin əsasən taksi xidmətində istifadə edilməsi ilə bağlıdır. Sığorta şirkətləri taksi xidməti göstərən avtomobillər üzrə qəza riskləri ehtimalının böyük olduğunu nəzərə alaraq həmin nəqliyyat vasitələrini sığortalamaqdan imtina edirlər. Təzadlı mənzərədir, deyilmi? Mühərrik həcmi kiçik olan avtomobillər gömrük rüsumları ödənilməklə ölkəyə gətirilir, onlara DİN tərəfindən qeydiyyat nömrələri verilir, sığortaya gəldikdə isə, bu, sadəcə mümkün olmur. Beləliklə də, mühərrik həcmi kiçik olan avtomobillərin sahibləri çıxılmaz duruma düşürlər. Belə ki, ölkədə icbari qaydada sığorta olunmayan avtomobilləri idarə etmək mümkün deyil. İcbari qaydada sığorta olunmayan avtomobillər yollarda quraşdırılan xüsusi qurğular vasitəsilə aşkarlanır və onların sahiblərinə cərimələr yazılır.
Bəhs olunan məsələ ilə bağlı “Yeni Azərbaycan”ın sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirlib ki, müvafiq icazəsi olan sığorta şirkətləri avtomobillərin icbari sığorta edilməsi ilə bağlı onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri sığortalamaqdan imtina etmək hüququna malik deyildir. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 23.3-cü maddəsinə əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Qeyd edilən məsələ ilə bağlı sığortaçılar tərəfindən imtina halları baş verdiyi təqdirdə vətəndaşlar 966 qaynar xəttinə zəng vurmaqla və ya yazılı şəkildə müraciət etməklə Mərkəzi Banka öz şikayətlərini çatdıra bilərlər. Daxil olan bütün şikayətlər operativ qaydada nəzarətə götürülərək müraciətdə qeyd edilən məsələlər dərhal araşdırılır və qısa müddət ərzində vətəndaşın seçdiyi sığortaçı tərəfindən icbari sığorta şəhadətnaməsinin buraxılması təmin edilir.
Hazırda avtoicbari sığorta bazarında vəziyyətə nəzarət edilməsi və mövcud problemlərin həlli məqsədilə mütəmadi olaraq Mərkəzi Bank tərəfindən ciddi şəkildə monitorinqlər həyata keçirilir, hərtərəfli təhlillər və qiymətləndirmələr aparılır. Bildirilib ki, qiymətləndirmələrin nəticələri əsasında Mərkəzi Bank tərəfindən zəruri addımların atılması davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

