Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tramp: ABŞ olmadan İsrail mövcud ola bilməzdi

Tramp: ABŞ olmadan İsrail mövcud ola bilməzdi

28.07.2026 [13:32]

ABŞ Prezidenti Donald Tramp İsrailin ABŞ-nin dəstəyi olmadan mövcudluğunu davam etdirə bilməyəcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ lideri Vaşinqtondan Miçiqan ştatına səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Bilirsiniz, bizsiz kim sağ qalmazdı? İsrail", – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti qeyd edib ki, bu fikri əsasən İran ətrafındakı vəziyyət kontekstində səsləndirir. Onun sözlərinə görə, əgər ABŞ administrasiyası İranın nüvə proqramına qarşı sərt addımlar atmasaydı, İsrail ciddi təhlükə ilə üz-üzə qalardı.

Tramp bildirib ki, İranın nüvə silahı əldə etməsinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən İranın nüvə obyektlərinə endirilən zərbələr İsrailin təhlükəsizliyinin təmin olunmasına xidmət edib.

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31