Zolaqlar arxasında gizlənən güc...
29.07.2026 [09:22]
Pələnglər haqqında maraqlı faktlar
Pələnglər yırtıcı heyvanlar arasında ən heyranedici, həmçinin təhlükəli canlılardan hesab olunur. Onlar pişiklər fəsiləsinin ən iri nümayəndələri sırasında yer alırlar. Özünəməxsus zolaqlı görünüşə malik olan bu vəhşi pişiklər gücü, çevikliyi və yüksək sürəti ilə seçilir. Narıncı rəngli xəzlərinin üzərindəki qara zolaqlar isə pələngləri digər heyvanlardan fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Hər bir pələngin zolaq naxışı fərqli olduğundan, onları bu xüsusiyyətə görə bir-birindən ayırmaq mümkündür. Fiziki qüvvələri, həm də səssiz ov etmə bacarıqları ilə vəhşi təbiətin ən təsirli yırtıcıları hesab edilir.
Dünyada təbii mühitdə yaşayan pələnglərin 80 faizi Hindistan yarımadasının payına düşür. 100 il əvvələ qədər Hindistanda, Türkiyədə, Çində, demək olar ki, bütün Asiya qitəsində yaşayan pələnglərə hazırda keçmiş ərazilərinin 93 faizində ümumiyyətlə, rast gəlinmir. Hazırda dünya təbiətində bir neçə min pələng yaşayır. Böyük pişiklər arasında bəbirdən başqa yalnız pələng yaxşı üzgüçüdür.
Yeri gəlmişkən, bu gün Beynəlxalq Pələnglər Günüdür. Əlamətdar günün qeyd olunmasında məqsəd ictimaiyyətin diqqətini bu heyvanların nəslinin kəsilməsinə və mühafizəsi probleminə cəlb etmək və əhalini məlumatlandırmaqdır. Beynəlxalq Pələnglər Günü 2010-cu ildə Sankt-Peterburqda 13 dövlətin hökumət başçılarının iştirakı ilə pələnglərin qorunması məsələləri üzrə keçirilən beynəlxalq forumda təsis edilib.
Sayları getdikcə azalır...
Təəssüf ki, vəhşi təbiətdə bu heyvanların sayı son yüzillikdə getdikcə azalır. Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, XX əsrin əvvəllərində Yer üzündə təxminən 100 min pələng yaşayıb. 2014-cü ildə onların sayı 3 minədək azalıb və azalmaqda davam edir. Heyvanlar öz təbii yaşayış mühitinin 93 faizini itirib.
Bundan başqa, qeyri-leqal ticarət məqsədilə pələnglərin ovlanması onların sayının azalmasına səbəb olub. Bu heyvanlar bir sıra bölgələrdə - Yava və Bali adalarında (1960-1980-ci illərdə), Cənubi Qafqazda (1930-cu illərdə), Orta Asiyada (1960-cı illərdə) tamamilə məhv edilib. Hazırda təbiətin bu nadir canlılarının doqquz tanınmış yarımnövündən yalnız altısı qalıb.
XX əsrdə pələngin adı “itən növ” kimi Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Kitabı”na, Rusiyanın, eləcə də digər ölkələrin mühafizə sənədlərinə daxil edilib.
Bioloji quruluş
Pələnglər iri, güclü bədən quruluşuna malikdirlər. Onların bədən uzunluğu 2,5-3 metrə, çəkisi isə 150-300 kiloqrama çatır. Əzələli və çevik bədənləri onlara ovlarını yaxından izləmək və sürətli hücum etmək imkanı verir. Pələnglərin narıncı tükləri üzərində qara zolaqlar onların təbii mühitdə görünməməsini təmin edir. Onların güclü əzələləri və iti dişləri ovlarını tezliklə öldürmək üçün adaptasiya olunub. Gecəgörmə qabiliyyəti yüksəkdir və uzun quyruqları balanslarını qorumağa kömək edir.
Fərdi xarakter əlamətlərinə malikdirlər
Hər bir pələngin zolaqları fərqlidir və bu, təkcə kamuflyaj funksiyasını yerinə yetirmir, həm də fərdlərin identifikasiyasında kömək edir. Bir neçə il öncə aparılan tədqiqat göstərib ki, vəhşi təbiətdə əzəmətli yırtıcı heyvanlar olan pələnglər bizim yumşaq tüklü ev heyvanlarımız kimi fərdi xarakter əlamətlərinə malikdir. Gedişatında 248 Sibir pələnginin davranışı müşahidə olunan araşdırma bu nəsli kəsilən canlıların unikal xarakterik xüsusiyyətlərə malik olduğunu göstərib. Bu keyfiyyətlər heyvanların sağ qalmaq və çoxalmaq qabiliyyətinə təsir edir.
Tədqiqatın nəticələri pələnglərin sadəcə monolit növ deyil, daha çox öz fərqli xarakter xüsusiyyətlərinə malik olduğu faktını vurğulayır.
Əzəmət və müvazinət xüsusiyyəti
Alimlər Çində yarıazad şəraitdə saxlanılan iki pələng populyasiyasında əminlik, səmimilik, davakarlıq və vəhşilik kimi əlamətlərin öyrənilməsi üçün insan şəxsiyyət testini uyğunlaşdırıblar. Hər gün pələnglərlə işləyən baytarlar və heyvan baxıcıları 70 şəxsiyyət göstəricisindən ibarət siyahı ilə anketləri doldurublar. Nəticələr göstərib ki, hər iki pələng populyasiyası şəxsiyyət kateqoriyasına aid olan əzəmət və müvazinət kimi xüsusiyyətlərə malikdir.
“Əzəmətə” görə ən çox bal toplayan pələnglər, daha sağlam, diri heyvanları ovlamağa çox meyilli idilər, daha çox qida qəbul edir və cütləşirdilər.
Digər tərəfdən, “sabit” pələnglər daha mülayim, səmimi və sevməyə qadir sayılıb. Maraqlıdır ki, alimlər erkək və dişi pələnglər arasında o qədər də çox fərq aşkar etməyib. Bundan başqa, ata-pələnglərin valideyn vəzifələrinin yerinə yetirilməsinə köməklik etdikləri müşahidə olunub.
Bu gün bir çox ölkədə, o cümlədən Azərbaycanda, heyvanların sirklərdə istifadəsi məhdudlaşdırılıb və ya qadağan olunub. Heyvan hüquqları müdafiəçiləri zooparkların və təbii mühitin pələnglərin qorunması üçün daha münasib olduğunu vurğulayırlar. Beynəlxalq və yerli səviyyədə pələnglərin qorunması üçün müxtəlif layihələr və proqramlar həyata keçirilir. Zooparklar və heyvan bağları pələnglərin qorunmasında mühüm rol oynayır. Azərbaycanda pələnglər artıq təbii halda yaşamasa da, onların tarixi və mədəni rolu qorunmaqdadır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

