Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Alimlər quşların nəğməsinin sirrini tapdı

Alimlər quşların nəğməsinin sirrini tapdı

28.07.2026 [19:51]

Beynəlxalq tədqiqat qrupu süni intellektdən istifadə edərək dünyanın müxtəlif bölgələrindən toplanmış 116 mindən çox quş nəğməsini təhlil edib.

Lent.az xəbər verir ki, araşdırma nəticəsində minlərlə fərqli quş növünün bir-birindən tamamilə fərqli görünən nəğmələrinin əslində cəmi səkkiz əsas akustik səs modelindən formalaşdığı məlum olub.

Bu kəşf quşların ünsiyyət sisteminin düşündüyümüzdən daha sadə və ortaq prinsiplərə əsaslandığını göstərir.

Tədqiqat həmçinin göstərib ki, quşların yaşadığı mühit onların nəğməsinə ciddi təsir edir.

Meşələrdə yaşayan quşlar səsin ağaclar arasında daha yaxşı yayılması üçün fərqli melodiyalardan istifadə edir, açıq ərazilərdə yaşayan növlər isə daha uzaq məsafəyə çatacaq nəğmələr seçirlər.

Alimlər hesab edirlər ki, bu nəticələr quşların təkamülü və ünsiyyət mexanizmlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Paylaş:
Baxılıb: 216 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31