Bəhanələrlə dost, yoxsa düşmən olaq?
23.11.2022 [11:08]
Səidə RƏHİMLİ
“Qalsın, sonra edərəm...”. Hər kəsin tərgitmək istədiyi “təxirəsalma” vərdişi
“Qalsın, sonra edərəm...” hər birimizə doğma olan bir ifadədir. Həyatımızın çox hissəsində qarşıya qoyduğumuz məqsədləri, etməli olduğumuz vacib işləri məhz bu ifadə ilə sonraya saxlayırıq. Bəzən isə o sonralar heç vaxt gəlmir. Ya da ən sonunda məcburiyyətdən etməli oluruq.
Məsələn, ingilis dilini səlis şəkildə öyrənməyi qarşımıza məqsəd qoyuruq və ya
2-3 gün sonra verəcəyimiz imtahana hazırlaşmalıyıq. Bunların heç birini vaxtında etmirik və sonraya salmaq üçün çox bəhanələr tapırıq. İndi tələbələrin üzü gülür və deyirlər ki, son günə saxlayanda daha rahat öyrənmək olur. Bəli, belədir. Bunun səbəbi isə artıq bəhanənizin qalmaması və fikrinizi dağıdacaq hər şeydən uzaq durmağınızdır. Yəni, bəhanələrdən qaçıb fikrinizi görəcəyiniz işə yönəltsəniz, hər birini vaxtında rahatlıqla edə bilərsiniz.
İşlərimizi, məqsədlərimizi daim təxirə salmaq bizim xasiyyətimizlə əlaqə?? deyil. Bu, sonradan qazandığımız bir vərdişdir. Bir işi təxirə salan zaman onun verdiyi rahatlıq daha sonra bunu yenə etməyə bizi vadar edir. Amma səhv bildiyimiz bir məqam var. Təxirə salan zaman rahatlasaq da, sonra yenidən bu işə yönəldikdə stresimiz iki qat artır. Ən son günə saxladıqda isə, işi bitirmək üçün nə qədər çox əsəb və stres keçirdiyinizi siz çox yaxşı bilirsiniz. Bu vərdişi özümüzdə bir qüsur olaraq görməməliyik. Tərgidə bilmək bizim əlimizdədir.
Dahi bəstəkar Motsart belə hazırda çox məşhur olan “Don Ciovanni” operasının giriş hissəsini məhz opera günü bitirə bilib. Bu opera zamanı orkestr məşq edə bilmədən səhnəyə çıxıb. Bu misal özümüzə haqq qazandırıb bunu davam etdirək, deyə deyil, özümüzü buna görə günahlandırmayaq, deyədir.
Təxirə salmaq vaxtın düzgün idarə edilməməsi ilə də bağlı deyil. Bu, emosiyaların idarə edilməsi ilə bağlı bir problemdir. Psixoloqlar “təxirə salmaq” vərdişinin altındakı əsas səbəblərdən biri kimi 3 mənfi emosiyanı qeyd edirlər: özündən şübhəyə düşmək, özgüvənsizlik və narahatlıq. Hər hansı bir işi görməyi planlaşdıran zaman şüuraltımızda bunun çətin olduğunu, bacara bilməyəcəyimizi, yaxşı alınmayacağını, heç kəsin bəyənməyəcəyini düşünürük və təxirə salaraq, əslində, bu mənfi fikirlərdən özümüzü uzaqlaşdırmağa çalışırıq. Lakin mənfi fikirlər bizə hər dəfə əvvəlkindən daha qüvvətli şəkildə hakim olur.
Düşünək ki, etməli olduğumuz bir iş var. Bu zaman beynimiz bizə daha sonraya buraxmaq üçün çox sayda məntiqli hesab etdiyimiz bəhanələr təqdim edəcək. Bizlər də bu bəhanələrdən birini əsas götürüb etməli olduğumuz işlərdən uzaqlaşacağıq və başqa məşğuliyyətlərə yönələcəyik. Bəhanələr isə bizim ən sevdiyimiz “hədiyyə”lərimizdəndir.
İndi isə düşünək ki, bir işi vaxtında bitiririk. Bu zaman nə olacaq? Bir daha bununla bağlı düşünüb stresə girməli olmayacaqsınız və rahatlıqla özünüzə zaman ayıra biləcəksiniz. İşi tamamlamış olmanın rahatlığı bəhanələrlə təxirə salmanın rahatlığından daha uzunmüddətlidir.
“Təxirəsalma” vərdişimizi tərgitmək istəyiriksə, etməli olduğumuz işlər tamamlamalıyıq. Əsas məsələ başlamaqdır. Diqqətimizi dağıdacaq hər şeydən uzaq duraq. Məsələn, internetdən. Əgər uzun vaxt tələb edən mürəkkəb bir işdirsə, hissələrə bölərək hər dəfəsində bir hissəsini tamamlayaq. Bunu etmək üçün özümüzə sonda cəlbedici mükafatlar da vəd edə bilərik. Məsələn, yazını tamamladıqdan sonra gəzintiyə haqq qazanaq və ya öyrənmək istədiyimiz xarici dil ilə gündə ən az 1 saat təxirə salmadan məşğul olsaq, film izləyə bilərik. Bəhanələri dinləməyək və onları bizə qalib gəlmək istəyən düşmənlər olaraq düşünək. Bu mübarizəni biz qazanmalıyıq.
Xəbər lenti
Hamısına baxSosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50

