Şuşa ilə qardaşlaşan şəhərlər barədə TƏKLİF
23.09.2022 [10:27]
Kayseri, Türküstan və Ərzurumda bu plakatlar olsun...
Yeganə BAYRAMOVA
Sentyabrın 21-də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Ərzurum Böyükşəhər Bələdiyyəsi arasında iki dost və qardaş ölkə kimi strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu nəzərə alaraq qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən verilən məlumata görə, protokol qardaşlaşmış şəhərlər arasında mədəni, sosial və iqtisadi münasibətləri, həmçinin dostluq və qardaşlıq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrini genişləndirməyi əsas tutur.
Tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi, bərabərlik, dostluq, qardaşlıq və ümumi maraq prinsiplərinə uyğun olaraq, incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları sahələrində əməkdaşlıq nəzərdə tutulub. Sənədi Ərzurumda səfərdə olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov və Ərzurum Böyükşəhər Bələdiyyəsinin başçısı Mehmet Sekmen imzalayıblar.
Məlumat üçün bildirək ki, dövlətçilik və mədəniyyət tariximizdə önəmli rola malik olan Şuşa şəhəri 2021-ci ildə Türkiyənin Kayseri şəhəri ilə, 2022-ci il avqustun 24-də isə Qazaxıstanın Türküstan şəhəri ilə qardaşlaşıb.
“Yeni Azərbaycan” mövzu ilə bağlı maraqlı bir təkliflə çıxış edir. Təklif bundan ibarətdir ki, tarixi incimiz olan Şuşa şəhərinin qardaşlaşdığı digər şəhərlərdə Azərbaycan bayrağı, həmçinin Şuşa barədə məlumatları əks etdirən bilbordlar, məlumat xarakterli xüsusi lövhələr qoyulsun. Eyni zamanda Şuşada həmin şəhərlər barədə müvafiq lövhələr, bilbordlar əks edilsin. Bu, şəhərlər arasında qardaşlaşma anlayışının yalnız kağız üzərində protokol olaraq deyil, bir-birini təbliğ etmək, tanıtmaq, məlumatlandırmaq baxımından mühüm rola malikdir.
YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev sözügedən təkliflə bağlı “Yeni Azərbaycan”a açıqlama verib. Təklifi yüksək dəyərləndirən T.Əliyev tarixi incimiz olan Şuşanın nəinki Azərbaycanda, ümumilikdə bütün Türk dünyasında xüsusi yeri və əhəmiyyəti olduğunu qeyd edib: “Şuşa şəhərinin mədəniyyət paytaxtımız elan edilməsi, bu ilin “Şuşa İli” olması onu göstərir ki, dövlət başçımızın da Şuşaya xüsusi diqqəti var. Məlumdur ki, Şuşa şəhərinin əsası 1752-c? ildə Pənahəli xan tərəfindən qoyulub. Bu il Şuşanın 270 illiyi tamam olur, hətta bununla bağlı cənab Prezident Sərəncam da imzalayıb. Şuşaya verilən önəm həm Azərbaycanda, həm də bütün Türk dünyasında yüksək dəyərləndirilir. Bunun davamı olaraq Şuşa ilə Ərzurum şəhərinin qardaşlaşma haqqında protokol imzalaması təbii və məntiqidir. Məlumdur ki, Ərzurumda yaşayanlar da Azərbaycan kökənli türklərdir. 270 ildə Şuşanın keçdiyi yol, Türkiyənin də tarix boyu yanımızda olması ondan xəbər verir ki, qardaş ölkə birmənalı olaraq Şuşanın əhəmiyyətini, geosiyası və strateji önəmini yaxşı dərk edir. Bu baxımdan da “Yeni Azərbaycan” qəzeti tərəfindən irəli sürülən təklif olduqca təqdirəlayiqdir. Həm Şuşada, həm də Şuşanın qardaşlaşdığı şəhərlərdə tarixi məlumatların, həmin şəhər barədə önəmli faktların yer alması məqsədəuyğundur. Hətta Şuşanın qardaşlaşdığı şəhərlərdə Şuşa barədə yalnız plakat və bilbordlar deyil, mətbuatda da geniş informasiyaların yer alması yaxşı olardı. Eyni zamanda Şuşamızda həmin şəhərlərin tarixini, etnoqrafiyasını əks etdirən bilbordlar və faktlar olmalıdır, mətbuatımızda da bu barədə informasiyalar yer almalıdır. Bütün bunlar dünya ictimaiyyətinin də düzgün məlumatlandırılmasına şərait yaradır. Ona görə də sözügedən təklifi olduqca müsbət dəyərləndirirəm”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

