/ / Türkiyədə zəlzələ ilə bağlı yığılan vəsaitlərin mənimsənilməsinə dair aparılan istintaq genişlənir
Türkiyədə zəlzələ ilə bağlı yığılan vəsaitlərin mənimsənilməsinə dair aparılan istintaq genişlənir
27.07.2026 [18:31]
Türkiyədə fəaliyyət göstərən “Ahbap” dərnəyinə qarşı İstanbul Baş Prokurorluğu tərəfindən başladılan istintaq genişlənir. Araşdırma çərçivəsində bu gün Türkiyənin sənət və media aləminin daha 13 tanınmış siması ifadə verməyə çağırılıb.
AZƏRTAC xəbər verir ki, istintaq 2023-cü ildə Türkiyədə baş verən “əsrin fəlakəti” adlandırılan zəlzələ ilə bağlı toplanan ianələrin dərnəyin rəhbəri, tanınmış müğənni Haluk Levent tərəfindən başqa məqsədlərlə istifadə edilməsi ilə bağlıdır.
İstintaq çərçivəsində mənzil və konteyner alışları, şübhəli köçürmələr, dərnək tərəfindən verilən qəbzlər, həmçinin maliyyə və kommersiya əlaqələri olmaqla, 4 istiqamətdə araşdırma aparılır. Araşdırmaya media mənsubları ilə yanaşı, Türkiyənin tanınmış iş adamları da cəlb ediliblər.
Faktla bağlı həbs olunan müğənni Haluk Levent ifadəsində toplanan vəsaitlərlə qumar oynadığını etiraf edərək, “Tamahıma və zəif cəhətlərimə məğlub oldum”, – deyib.
O, zəlzələnin baş verdiyi dövrdə dərnəyə təxminən 4 milyard 300 milyon lirə daxil olduğunu və bu vəsaiti mənimsəmədiyini bildirib.
İstintaq çərçivəsində indiyədək müğənni ilə birlikdə 30-a yaxın şübhəli həbs edilib, onlarla insan ifadə verməyə çağırılıb.
İddialara görə, Haluk Leventin iyulun 17-də İstanbulun Ataşehir rayonunda keçirilməsi planlaşdırılan konsertinin bilet satışının ləğv olunması prokurorluğun diqqətini cəlb edib. Bundan sonra Leventin üzərində nəzarət gücləndirilib və onun ölkədən çıxışına qadağa qoyulub. Müğənni bu qərarı Almaniyaya getmək üçün İstanbul Hava Limanına gəldiyi zaman öyrənib. Bundan sonra isə onun İzmirə gedərək dəniz yolu ilə ölkəni tərk etməyi planlaşdırdığı iddia olunur. Lakin bunlar baş tutmayıb və Levent Bursada saxlanılıb.
Qeyd edək ki, 2023-cü il fevralın 6-da Türkiyədə baş verən və 53 min 537 nəfərin ölümü ilə nəticələnən zəlzələ zamanı xalq böyük səfərbərlik nümayiş etdirərək, hadisənin baş verdiyi bölgəyə yardımlar toplamağa başlayıb. Həmin dövrdə müğənni Haluk Leventin qurduğu “Ahbap” dərnəyi ianələrin toplanmasına başlayıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52

