Sərtləşmə məhkəmələrdən başladı!
21.07.2022 [10:17]
Dünən məhkəmələrə giriş zamanı tibbi maskadan istifadə tələb olunub. Maska tələbinə səbəb son günlər koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə etməsidir.
Belə ki, artıq dünəndən etibarən Bakı Ağır Cinayətlər Məhkəməsinin işçilərinə, eləcə də məhkəmə binasına daxil olan şəxslərin tibbi maskadan istifadə etməsi tapşırılıb. Binaya maskasız daxil olmağa icazə verilmir.
Məsələ ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsindən bildirilib ki, Azərbaycanda son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir. Məlumatda qeyd edilib ki, yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur: “Ölkəmizin səhiyyə qurumları vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir. Bakı Ağır Cinayətlər Məhkəməsi də bu tövsiyələrə uyğun olaraq, eyni zamanda məhkəmə iclas zallarında sıxlıqla əlaqədar tibbi maskalardan istifadə etməyi məhkəmə istifadəçilərinə tövsiyə edir.
Mövzu barədə “Yeni Azərbaycan”a danışan Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov bildirib ki, iyulun 19-da ölkəmizdə koronavirusa yoluxma sayı 257, ölüm isə 4 oldu və bu durum həyəcan siqnalı deməkdir: “Vətəndaşlarımızın diqqətli və məsuliyyətli olmaları vacibdir. Bu məsuliyyət onların özləri, eyni zamanda ətrafındakı yaxın adamları üçün vacibdir. Çünki yoluxma sayı artıqda karantin rejiminin sərtləşməsi istisna deyil. Ən əsası isə hazırda qapalı məkanlarda maskadan istifadə etməsək, şəxsi gigiyenamıza diqqət yetirməsək və sosial məsafə gözlənilməsə, yoluxma sayı çoxalacaq. Yoluxma sayı çoxaldıqda isə ölüm sayı da arta bilər. Bütün bunların hamısının qarşısını almaq üçün vətəndaşlarımızın indidən qapalı məkanlarda maskadan istifadə etməsi vacibdir”.
Ekspert qeyd edib ki, artıq bəzi dövlət qurumları öz işlərini görür və çağırışlarını edirlər: “Yay aylarıdır, insanlar daha çox istirahət mərkəzlərində olur və xarici ölkələrə gedirlər. Xarici ölkələrdə olan vətəndaşlarımız daha çox diqqətli olmalıdırlar ki, ölkəmizə gələndə yoluxma sayı sürətlə artmasın. Bütün dünya ölkələrinə diqqət yetirsək, COVİD-19-a yoluxma nəzərə çarpacaq dərəcədə çoxalır. Həmin ölkələr də yoluxma sayının qarşısını almaq üçün aidiyyəti işlər görür. Bu baxımdan da Bakı Ağır Cinayətlər Məhkəməsində maskadan istifadə ilə bağlı atılan addım təqdirəlayiqdirdir. Bir çox dövlətlərdə artıq qapalı məkanlarda maskadan istifadə tövsiyə xarakteri daşıyır. Lakin istisna deyil ki, yoluxma sayı artan xətt üzrə getsə, maska tələb kimi olacaq. Ona görə də qabaqlayıcı tədbirlər görməliyik, vətəndaşlarımızın indidən maskadan istifadə etməsi vacibdir ki, sürətli yoluxmanın qarşısı alınsın, əzizlərimizin, yaxınlarımızın dünyasını dəyişməsinə şahid olmayaq. Düşünürəm ki, bunların hər biri ümummilli məsələdir və burada hər bir vətəndaşımız həm özünü, həm də ətrafını qorumalıdır”.
Yeganə
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

