7-ci dalğa başlayıb...
20.07.2022 [10:50]
Genefondumuzun təhlükəsizliyi üçün VACİB qərar!
“Quru sərhədlər nə qədər lazımdırsa, o qədər bağlı qalacaq...”
Yeganə BAYRAMOVA
Dünya ölkələri üzrə koronavirusa yoluxma halı yenidən geniş vüsət almağa başlayıb. Son sutka ərzində 406 214 yeni yoluxma halı qeydə alınıb. Azərbaycanda isə günlük yoluxma 200-ə yaxınlaşıb. Yaxın günlərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) maskadan təkrar istifadəni tövsiyə edib.
Qeyd edək ki, son günlər Azərbaycanda quru sərhədlərinin bağlı olması müxtəlif suallara səbəb olmuşdu. Hər kəsi maraqlandıran məsələlərdən biri quru sərhədlərimizin nə üçün açılmaması idi. Ancaq bir neçə gün öncə Prezident İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında quru sərhədlərinin bağlı olma səbəblərindən danışıb. Ölkə başçısı qeyd edib ki, bu, canlı bir prosesdir: “Əfsuslar olsun, yeni məlumat var, özü də Ümumdünya Səhiyyə Təşkilatı bu məlumatı yayıb ki, indi bəzi ölkələrdə yenə maska rejiminə keçmək lazımdır. Biz, əlbəttə ki, bu tendensiyaları izləyirik və biz pandemiyanın ən ağır dönəmində də qapanmaya getmişdik, sonra vəziyyət yaxşılaşanda açılırdıq.
Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərindən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur”.
Parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ölkə başçısı quru sərhədlərin bağlı olmasını söyləyərkən, ilk növbədə, vətəndaşlarımızın sağlıq durumunu düşünür: “Quru sərhədlərinin açılması yalnız Azərbaycanda koronavirusa yoluxma sayında deyil, eyni zamanda, qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq verilən qərardır. Nəzərə alsaq ki, son dövrlər həm qonşu ölkələrdə, həm də dünyada COV?D-19 virusuna yoluxma sayında kəskin artım müşahidə edirik. Təbii ki, bu da bəzi ölkələrdə pandemiyanın yeni dalğasının yaranmasına gətirib çıxarıb. Hətta bir çox ölkələrdə yenidən karantinin tətbiqi, maska rejiminə qayıtmaq kimi məsələlər müzakirə edilir. Təbii ki, Azərbaycan üçün epidemioloji vəziyyətin tənzimlənən həddə olması, yolxuma sayının minimumlaşdırılması prioritet məsələlərdəndir. Bu baxımdan da quru sərhədlər daxil olmaqla digər qərarlar verilən zaman həmin qərarların birbaşa epidemioloji vəziyyətə təsirləri ayrıca olaraq qiymətləndirilir və daha sonra həmin məsələlərlə bağlı qərarlar verilir. Cənab Prezidentin də qeyd etdiyi kimi, quru sərhədlərin bağlı qalması yoluxma sayının birbaşa tənzimlənməsi və artımların qarşısını almaq məqsədi daşıyır. Yoluxma sayı artan zaman ölkələr sərt karantin rejiminə keçmək məcburiyyətində qalır, təbii ki, bu da müxtəlif sektorlar üçün arzuolunan deyil. Ona görə də ölkə başçısı məhz sərt karantinin yenidən tətbiq edilməməsi, vətəndaşların sağlamlığı üçün addım atır. Məqsəd isə bundan ibarətdir ki, həm vətəndaşlarımız arasında yoluxma sayının kəskin artımına şahid olmayaq, həm də epidemioloji durum stabil olaraq qalsın, həmçinin xəstəxanalara yoluxma sayının artması ilə bağlı yenidən ağırlıq düşməsin. Ona görə də cənab Prezidentin qəbul etdiyi qərarlar ölkədə epidemioloji vəziyyətin tənzimlənməsi ilə birbaşa bağlıdır”.
Həkim Şahvələd Məmmədovun sözlərinə görə, bu gün dünyada gedən proseslərə və ÜST-ün koronavirusla bağlı çağırışlarına nəzər salsaq, həqiqətən də pandemiyanın 7-ci dalğasının başladığını görmüş olarıq: “Artıq Azərbaycana yaxın olan ölkələrdə də koronavirusa kütləvi yoluxmalar var. Rusiyada, Gürcüstanda, Türkiyədə, İranda bu halların şahidi oluruq. Bu baxımdan əlbəttə ki, cənab Prezidentin təklifi və söylədikləri çox önəmlidir. Quru sərhədlərinin bağlı olması bütün vətəndaşlarımızın sağlamlığı üçün vacibdir. Nəzərə alsaq ki, qarşıdakı dönəmlərdə koronavirusun bilinməyən mutasiyası gəlir və bizi nələrin gözlədiyi bəlli deyil. Hazırda Avropa ölkələrində və Rusiyada omikron ştammının başqa bir mutasiyası yayılıb. Bu mutasiya isə omikrondan daha sürətli yayılma dərəcəsinə malikdir. Ona görə də Prezidentimizin qərarı düzgündür. Ölkə başçısı hər bir məqamdan öncə vətəndaşlarımızın sağlamlığını düşünür”.
Xəbər lenti
Hamısına baxSiyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07

