Meymunçiçəyi yayılır
05.07.2022 [10:05]
Yoluxma halları 3 dəfə artıb
Nicat
Viruslar dövrü bitmək bilmir. Demək olar ki, hər gün ya koronavirusun yeni növlərinin, ya da tamamilə fərqli virusların yaranması ilə bağlı xəbərlərə şahidlik edirik. Koronavirus pandemiyasının təsirlərindən çıxar-çıxmaz yeni virusların, xəstəliklərin yayılması dünya əhalisini ciddi şəkildə narahat edir.
Məlum olduğu kimi, bu viruslardan biri də meymunçiçəyi virusudur. Meymunçiçəyi nadir virus infeksiyasıdır. Həmin xəstəlik insana əsasən heyvandan keçir. Yoluxanlar ilə təmasda olmuş şəxslər üçün üçhəftəlik karantin tətbiq etməyi məsləhət görürlər. Xəstəlik çox vaxt yüngül keçir və pasiyentlərin əksəriyyəti bir neçə həftə ərzində sağalır. Lakin bəzi hallarda ağırlaşmalar da baş verir. Mütəxəssislərin sözlərinə görə, yüksək hərarət, baş və əzələ ağrısı, limfa düyünlərinin şişməsi, bel ağrıları, titrətmə və yorğunluq xəstəliyin ilk simptomlarıdır. Bununla yanaşı, əvvəlcə üzdə, sonra isə bədənin digər hissələrində səpmə əmələ gələ bilər. Çiçək virusu ilə eyni ailədəndir, ona görə də xəstəliyin gedişatı da çiçək xəstəliyi ilə çox oxşardır. Xəstəlik qızdırma ilə başlayır, baş və əzələ ağrıları ilə davam edir. Qızdırmadan təxminən üç gün sonra səpgilər əmələ gələrək bədənə yayılır.
Meymunçiçəyi xəstəliyi sürətlə yayılmaqdadır. Artıq qonşu ölkələrdə də bu xəstəliyə yoluxma halları müşahidə edilir. Belə ki, ötən ay Gürcüstanda ilk yoluxma halı qeydə alınıb. Qardaş ölkə Türkiyədə 37 yaşlı bir nəfərdə meymunçiçəyi xəstəliyi aşkarlanıb. İranda isə şübhəli bilinən 9 nəfərdən analiz götürülüb. 6 nəfərdə testin nəticəsi mənfi çıxıb, lakin digər 3 nəfər barədə isə analizin cavabı çıxdıqdan sonra məlumat veriləcəyi bildirilib.
Xarici mətbuatın yazdığına görə, iyunun ortalarına qədər dünyada bu virusa 30 ölkədə 1900-a yaxın yoluxma qeydə alınıb. İlk yoluxma Britaniyada, Nigeriyadan qayıdan adamda qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı da son vaxtlar meymunçiçəyinə yoluxma hallarının artdığını açıqlayıb. Təşkilatın Avropa bölməsinin direktoru Hans Kluge yoluxma hallarının son iki həftə ərzində üç dəfə çoxaldığını bildirib.
ÜST-nin məlumatına görə, epidemiyanın episentri Avropadır. Qitədə 4500-dən çox yoluxma halı var. Bildirilib ki, xəstələrin əksəriyyəti 21-40 yaş arasındadır. Onların 99 faizi kişilərdir.
Qeyd olunub ki, xəstəliklərin sayı sürətlə artsa da, hələ də Avropada meymunçiçəyi virusundan ölən olmayıb.
Hazırda hər 10 xəstədən biri xəstəxanada müalicə olunur. Yalnız 1 nəfər reanimasiyaya aparılıb.
Sevindirici haldır ki, Azərbaycan ərazisində bu günədək meymunçiçəyi xəstəliyinə yoluxma faktı qeydə alınmayıb.
Xəbər lenti
Hamısına baxİdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26

