Oxuma-yazma bilməyən 38 nəfər...
11.06.2022 [10:46]
Yaxud savadsızlığa gedən yolun başlanğıcı
Y.BAYRAMOVA
2021-ci ildə 9-cu sinif şagirdləri arasında oxuyub, yaza bilməyən şagirdlərin sayı 38 nəfər olub. Bu barədə “Abituriyent” jurnalının 12-ci sayında qeyd edilib. Bildirilib ki, 9-cu sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı aşağıdakı kimidir:
“Cəlilabad - 5 nəfər, Goranboy və Ucar rayonlarının hərəsində 4 nəfər, Füzuli, Masallı və Tərtər rayonlarının hərəsində 3 nəfər, Lerik və Şəmkir rayonlarının hərəsində 2 nəfər və Ağcabədi, Balakən, Beyləqan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Lənkəran, Oğuz, Salyan, Şirvan, Tovuz və Zaqatala rayonlarının hərəsində 1 nəfər”.
Jurnalda qeyd olunan məlumata görə, ötən il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 44.3 faizi imtahandan “2”, 20.3%-i “3”, 25.5%-i “4”, 10.0%-i isə “5” qiymət alıb. Bildirilib ki, 2020-ci ildə bu göstəricilər, uyğun olaraq, 42.8%, 21.0%, 26.6%, 9.7% olmuşdur. Göründüyü kimi, keçən il “2” və “5” qiymət alanların faizi nisbətən artmış, “3” və “4” qiymət alanların faizi isə nisbətən azalıb. “Təəssüflə qeyd etmək lazımdır ki, bu il Ağsu, Daşkəsən, Astara, Göygöl, Samux, Kürdəmir, Ağdaş, Ucar, Goranboy, Şamaxı, Qobustan, Saatlı, Zərdab rayonlarının və Naftalan şəhərinin cari il məzunlarını təmsil edən abituriyentlərin 20%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub”, - jurnalda qeyd edilib.
Təhsil eksperti Kamran Əsədov “Yeni Azərbaycan”a açıqlamasında söyləyib ki, ötən illərlə müqayisədə “2” qiyməti alan şagirdlərin sayının artmasına səbəb olan əsas amillərdən biri pandemiyadır. Çünki onlayn təhsil şagirdlərin bilik və bacarıqlarına müəyyən mənada mənfi təsir göstərib: “Hazırda orta məktəblərimizdə 1.6 milyon şagird təhsil alır. Məlumdur ki, Dövlət İmtahan Mərkəzi (DİM) şagirdlərin bilik və bacarıqlarını bir neçə mərhələdə yoxlayır. Bunlardan biri buraxılış imtahanlarıdır. Hər il 9-cu və 11-ci siniflər üçün müəyyən vaxtlarda buraxılış imtahanları keçirilib. Amma o demək deyil ki, buraxılış imtahanlarının nəticələrinə əsasən zəif yazanlar, ya da kağızı ağ qoyub çıxanlar oxuma-yazmanı bilməyənlərdir. Sadəcə, DİM əlindəki materiallarla obyektiv və şəffaf olaraq yoxlama aparır. Problem məsələyə ikinci yanaşma tərzidir. Yəni bəzi uşaqlar imtahana daxil olur və müəyyən kodlaşdırmaları bilmirlər, yaxud da hesab edirlər ki, sualları kitabçada cavablasalar, bu yetərli olacaq. Onlar cavab kartında düzgün işləmədiklərinə görə, hətta ad və soyadlarını yazmadıqları üçün belə mənzərə yaranır”.
K.Əsədov qeyd edib ki, orta məktəbdə oxumalarına baxmayaraq, dərslərdə adı gedib özü kənd təsərrüfatı ilə məşğul olan uşaqlar da var: “Bu, danılmaz faktdır. Lakin xüsusilə vurğulamaq istərdim ki, eyni uşaqların 9-cu və 11-ci sinif nəticələrinə baxmalıyıq ki, 9-cu sinifdə oxuma-yazma bacarıqlarının olmadığını dediyimiz şagirdlər 11-ci sinifdə də bunu təkrarlayırlarmı? Bəzi hallarda uşaqlar cavab kartına heç nə yazmayıb vərəqi ağ qoyub çıxırlar və hesab edirlər ki, bu yolla hansısa nəticə əldə edəcəyik. Lakin belə deyil. DİM yalnız cavab kartına yazılmış cavablara əsasən testləri yoxlayır.
Məktəblərdə yazılan qiymətlər birmənalı şəkildə özünü doğrultmur. Bu onu göstərir ki, qiymətləndirmə zamanı bəzi hallarda subyektivlik var. Yəni məktəb direktorları şagirdlərimizə nəyinsə qarşılığında qiymət yazırlar və bəzən qiymətin özünü doğrultmamağı da bundan irəli gəlir. Ona görə də DİM mütəmadi şəkildə monitorinq keçirməlidir, çünki ölkədə ən obyektiv imtahan bu quruma məxsusdur”.
Xəbər lenti
Hamısına baxSosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22

