Uşaqlar arasında yayılan virus - mövsümidir, yoxsa?
28.04.2022 [10:44]
Pediatr xəbərdarlıq edir
Günel QABİLQIZI
Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən məlumata görə, dünyanın 12 ölkəsində uşaqlar arasında hepatit xəstəliyi müşahidə edilib. Mütəxəssislərin fikrincə, yeni növ hepatitin mənşəyi bəlli deyil, hətta xəstəlik digər variantlardan daha çox ağırlaşmalara səbəb olur. TƏBİB isə ölkəmizdə mənşəyi bilinməyən hepatit faktının qeydə alınmadığını bildirib. Ancaq son günlər uşaqlar arasında fərqli bir virusun yayılması ilə bağlı məlumatlar da var. Virus uşaqların böyük əksəriyyətində qusma, ishal və yüksək hərarət ilə müşahidə olunur. Bu da vətəndaşlarda, xüsusilə azyaşlı uşağı olan valideynlərdə narahatlığa səbəb olur. Xəstəliyin mövsümi, yoxsa yeni virus növünün göstəricisi olduğu ilə bağlı suallar yaranır. Mövzu ilə əlaqədar Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının müəllimi Qoşqar İsmayılovla əlaqə saxladıq.
Pediatr “Yeni Azərbaycan”a açıqlamasında bildirdi ki, uşaqlar arasında yayılan bu xəstəliklər mövsümi xarakter daşıyır və simptomları rotavirusa məxsusdur: “Bundan əvvəlki dövrlərdə də bu xəstəlik var idi. Ancaq pandemiya dövründə uşaqların bir-birləri ilə daha az ünsiyyətdə olması xəstəliyin təsir gücünü azaltmışdı. Pandemiyadan sonra bu tip xəstəliklərin sayında artım müşahidə edilir. Xəstəlik əsasən qış və yay aylarında görülür. Ancaq indi mart-aprel aylarında yayılmağa başlayıb”.
Q.İsmayılov valideynləri təlaşlanmamağa, ancaq övladlarında ən kiçik narahatlıq hiss etdikdə xəstəxanaya üz tutmağa çağırıb: “Əgər uşaq az miqdarda qidanı belə ağız yolu ilə xaric edirsə, temperaturun yüksəkliyindən asılı olmayaraq xəstəxanaya gətirilməlidir. Burada nəcis müayinəsi və qan analizləri ilə səbəblər araşdırılır. Nəticəyə uyğun diaqnoz təsdiqlənir. Müalicəyə vaxtında başladıqda daha asan və qısamüddətli olur. Gecikəndə xəstəxanaya yatırmalı və infuzion terapiya aparmalı oluruq”.
Pediatr qeyd etdi ki, xaricdə hepatitin yayılması ilə bağlı məlumatlar olsa da, Azərbaycanda bu hal müşahidə olunmayıb. Onun sözlərinə görə, xəstəlik qeydə alınsa belə, müalicədə böyük dəyişiklik olmur, standart patogenetik və simptomatik müalicə aparılır.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32

