SOS! Kür fəlakətinin astanasındayıq
09.04.2022 [09:14]
Azərbaycanın baş su “arteriyası” adlanan Kür çayı bu gün təhlükəli vəziyyətdədir. Cənubi Qafqazın və Azərbaycanın ən böyük çayı Kürümüz sürətlə quruyur. Elə bu səbəbdən də təəssüf ki, ölkəmizin su ehtiyatlarında azalma müşahidə olunur. İqlim dəyişikliyi ilə bağlı olan fəsadlar özünü daha da qabarıq göstərməkdədir. Belə ki, son 10 ildə Kür çayı ilə ölkəyə daxil olan suyun həcmi 31 faiz azalıb. Alimlər Kürdə suyun quruması ilə bağlı həyəcan təbili çalır. Kür çayının aşağı hissəsində yerləşən məntəqələrində çayın suyunun azalması artıq 53 faiz təşkil edir. Bir sözlə, Kür fəlakətinin astanasındayıq.
Kürün suyu niyə quruyur?
Aran rayonları boyunca Kürün səviyyəsinin kəskin azalması müşahidə olunur. Yevlax, Salyan və Neftçala rayonlarında isə Kür çayı demək olar ki, tamamilə quruyub. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev qəzetimizə açıqlamasında bildirib ki, Kür çayında son illərdə davamlı olaraq su ehtiyatlarının azalmasının əsas səbəbi regionda baş verən iqlim dəyişmələri ilə əlaqədardır: “Kür çayında apardığımız monitorinqlərə əsasən, son günlər havanın temperaturunun nisbətən aşağı düşməsi nəticəsində orta dağlıq ərazilərdə yağan qarın ərimə prosesində ləngimə baş verib. Çaylarda bir qədər azalma müşahidə edilib. Suyun sululuq həcmi mart ayı ilə müqayisədə artsa da, aşağı ərazilərdə azalma özünü göstərir. Yaz-yay ayları çaylarda gursululuq dövrüdür. Hazırda dağlarda qar ehtiyatı tam əriməyib. Aprel ayı ərzində temperaturun artması və qarın əriməsi çaylarda sululuğun artmasına da səbəb olacaq. Nəticədə, bu artım Kürün aşağı ərazilərinə də öz təsirini göstərəcək. Bildiyiniz kimi, 2021-ci ilin yay aylarında ölkədə havanın temperaturunun yüksək olması ucbatından quraqlıq idi. Kürdə suyun səviyyəsi isə çox aşağı düşmüşdü. Bu ilin proqnozu isə iyun ayının sonunda tərtib olunacaq”.
Ən ziyan çəkən ölkə bizik
Son yarım əsrə qədər müddətdə aparılan tədqiqatlar göstərir ki, Kür, Araz çayları və onların əsas qolları respublikamızdan kənarda - Gürcüstan və Ermənistan ərazilərində çirklənir. Ekoloqların fikrincə, Kürdə suyun azalmasının qarşısının alınması üçün Küryanı ölkələr birgə tədbirlər planı həyata keçirməlidir. Asif Verdiyev də həmkarları ilə eyni fikirdədir: “Kürün aşağı hissəsində yerləşirik. Ən ziyan çəkən ölkə bizik. Transsərhəd əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Xüsusən də, Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın olması daha müsbət nəticələr doğurar və Kür suyundan daha səmərəli istifadəyə zəmin yaradar”.
Su qıtlığını necə aradan qaldıraq?
Çayın qurumasına səbəblərdən biri də müəyyən ərazilərdə suya olan tələbatla bağlıdır. Mütəxəssis Kür çayında suyun azalmasının qarşısını qismən də olsa almaq üçün və suvarmada yaranan problemləri aradan qaldırmaq üçün bir sıra tədbirlərin görülməsini vacib sayır: “Kür çayının Gürcüstandan bizim ərazimizə daxil olan hissəsindən Xəzər dənizinə tökülən əraziyə kimi qanunsuz nasos stansiyalar və qoşulmaların olması ilə bağlı nazirlik tərəfindən araşdırmalar aparılıb. Bu istiqamətdə bütün təsərrüfat obyektlərinin istifadə etdiyi suyun uçotunun dəqiq aparılması üçün sayğaclar quraşdırılmalıdır. Ümumən, su istehlakının nəzarət altına alınması, eləcə də suvarma kanallarının yenilənməsi nəticəsində yaranan su qıtlığının aradan qaldırılmasına nail ola bilərik”.
Kürün nəğməsini itirmək üzrəyik
Xalq şairi Məmməd Araz “Muğanda Kür nəğməsi” adlı şeirində də qeyd etdiyi kimi, səssizliyin harayını ürəkləri qulağında olmayanlar duya bilməz. Ölkəmiz fəlakətlə qarşı-qarşıyadır. Kürün nəğməsini itirmək üzrəyik:
Ana Kürüm, sənin nəğmən
Nə hikmətli bir nəğmədir!
Ana Kürüm, bu düzlərdə
Ucalan o dağlar nədir? -
O nəğmədir! Kür nəğməsi.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32

