Şeytani gəncləşmə
06.04.2022 [10:30]
Və ya uşaq qanı ilə bəslənənlər
İ.HƏKİMOĞLU
Bu günlərdə Hollivud ulduzu Sandra Bullokun verdiyi açıqlama bir neçə il öncə Wikileaks saytının hay-küy qoparmış bir xəbərini yenidən gündəmə gətirdi. Sandra Bullok gənc qalmaq üçün bir çox məşhurların müxtəlif üsullardan istifadə etdiyini dilə gətirib. Tam olaraq özünün hansı metodlara baş vurduğunu deməyən aktrisa, adrenoxrom və sünnət dərisindən istifadənin möhtəşəm nəticələr verdiyini bildirməklə heyrətə səbəb olub. 59 yaşında olsa da, 30 yaşlarında görünən aktrisa adrenoxrom sözünü işlətməklə yenidən üstündən sükutla keçilən mövzunun qabarmasına səbəb olub.
Adrenoxrom preparatının xammalı insandır, daha doğrusu uşaqlar.
Adrenoxrom qorxu zamanı insanların böyrəküstü vəzilərindən alınan təmiz adrenalindən hazırlanır. Molekulyar formulu C9H9NO3 olan adrenoxrom molekulyar düzülüşünə görə cəmiyyətdə “ağ dovşan” kimi də tanınır. Bədəndə adrenalinin oksidləşmiş vəziyyəti kimi də müəyyən edilə bilər.
Bu hormon uşaqlarda və yeniyetmələrdə daha güclü ifraz olunur, ona görə də adrenoxrom üçün 0-9 yaş arası uşaqlara üstünlük verilir. İfraz edilən bu hormon, əslində orqanizm tərəfindən hazırlanmış bir müdafiə mexanizmidir. Xüsusilə ölüm yatağında olarkən bədəni qorumaq üçün işə düşür. 1939-cu ildə aparılan bir araşdırmada adrenoxrom perfuziyasının ölmüş qurbağanın ürəyini canlandırması müşahidə olunmuşdu, yeni ölmüş qurbağa bu maddənin orqanizmə yeridilməsi ilə canlanmışdı. Həmin maddə infarkt xəstələrində tətbiq olunmağa başlandı. Sintetik adrenalin/epinefrin ürək-damar xəstəliklərinin müalicəsində gözəl nəticələr verdi. Lakin araşdırmalar davam etdikcə, adrenoxromun insan qocalmasının qarşısını aldığı məlum oldu, onun təsir gücü 60% təşkil edir və istifadəçiyə estetik görünüşlə yanaşı, fiziki güc də bəxş edir. Alimlər bu tapıntının şeytani cinayətlərə səbəb olacağını o zaman hələ bilmirdilər.
İddialara görə, adrenoxromun əldə edilməsi üçün hər il dünyada 3 milyon uşaq gizli cinayətlərə qurban gedir. “Gözəllik qurban tələb edir” deyimi sözün bütün mənalarında özünü doğruldur.
Qandakı zəngin adrenalin miqdarına görə çox qiymətli sayılan bu dərman qorxu instinkti atrofiyaya uğramış böyüklərdən deyil, 9 yaşınadək saf və daha qorxaq uşaqların qanından istehsal olunur. Uşaq qorxudulur və çox zaman bu məqsədlə işgəncələrə məruz qoyulur. Qorxu anında onun boynunda damar kəsilir və qanı alınır. Bu ağır işgəncələrdən sonra uşağın sağ qalıb-qalmaması məlum deyil, əgər sağ qalırsa belə, növbəti dəfə istifadə edilmək üçün “qiymətli, canlı xammal” əldən buraxılarmı?
İddialara görə; Hilari Klinton, Bill Klinton, Tom Kruz, Nikolas Keyc, Barak Obama, Conni Depp, Cim Kerri və bir çox məşhur adamlar gənc və güclü qalmaq üçün adrenoxromdan istifadə ediblər. Sosial şəbəkələrdə adrenoxromdan uzun müddət istifadə edən adamın yaşlanmadığını, ancaq uzun müddət istifadədən sonra sol gözün ətrafında qançırlar görünməyə başladığını iddia edən bir neçə fotoşəkil paylaşıldı. Sözügedən görüntülərin montaj olub-olmadığı bəlli deyildi.
Asılılıq yaratdığı üçün narkotik növü sayılan adrenoxrom müntəzəm istifadə edilmədikdə insanı çox tez qocaldır və halüsinasiyalar yaradır. Hətta bir çox məşhurların pandemiya dövründə adrenoxrom əldə edə bilmədiyi, buna görə də dərilərində aşkar fərqlərin olduğu deyilirdi.
Yaxın Şərq, Asiya, Avropa və Amerikada itkin düşən uşaqların əksəriyyətinin adrenoxrom əldə etmək üçün oğurlanması ehtimalı var.
2019-cu ildə dünya üzrə itkin düşən uşaqların sayı qorxuncdur! Amerikada 460 min, İngiltərədə 112 min, Kanadada 104 min 531, Hindistanda 96 min uşaq itkin düşüb. Bu uşaqların gizli yollarla Amerikaya aparılaraq bu sistemin bir parçası olmağa məcbur edildiyi düşünülür. Uşaqların qaçırılaraq qurban edilməsi ehtimalı bu preparatın satışından milyonlar qazanmış Jeffri Epsteinin müəmmalı şəkildə ölümündən sonra üzə çıxdı. Öz şəxsi təyyarəsi ilə qitələrarası uçuşlar edib, humanitar yardım adı altında çoxlu sayda uşaqları himayəyə alan bu adam birdən-birə intihar etdi. Epsteinə məxsus, heç kimin yaşamadığı adada polis basqını nəticəsində 86 ölkədən gətirilmiş 400 uşaq aşkarlanınca Epstein sorğu-sualı gözləmədən intihar etdi. Ehtimal olunur ki, itkin düşən uşaqlardan alınan qan internetdə satılıb. Bir çox satış saytlarında satılan adrenoxromun nömrəsi itkin düşən uşaqların axtarış nömrəsi ilə eynilik təşkil edib.
Elm inkişaf etdikcə insan insanın ehtiyat hissəsinə çevrildi. Gözü, ürəyi, ciyəri, böyrəyi, əlləri, qolları, dərisi, kök hüceyrəsi, sümük iliyi, saçları, üz dərisi köçürülür. Tibbi yeniliklərdən sevinməyə macal tapmamış, orqan mafiyaları qazanc naminə qabağa düşdü. İndi daha heyvanlar yox insanlar ovlanır. Dünyadakı bu qədər yerüstü və yeraltı sərvətə rəğmən insan üçün ən böyük sərvət elə öz bədənidir. Heyif ki, fərqində deyil...
Xəbər lenti
Hamısına baxİdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26

