Danışma, göstər!
29.03.2022 [10:48]
Ukraynada müharibənin pikselləri azərbaycanlı fotoqrafın obyektivi ilə
Famil Mahmudbəyli: Bəzən bir portret bütün hekayəni izah etmək üçün kifayətdir
Günel ABBAS
Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bu günə kimi azı 1 119 ukraynalı mülki şəxs ölüb, 1 790 nəfər isə yaralanıb. Rusiya ordusunun hərbi əməliyyatları nəticəsində Ukraynanı 3 milyon 821 min 49 nəfər tərk edib. Bununla yanaşı öz doğma torpaqlarını qoruyanlar da az deyil. Hətta onların arasında Ukraynada çalışan, yaşayan azərbaycanlılar da var. Kimisi Ukrayna ordusunda döyüşür, kimisi sakinlərə ərzaq yardımı edir, kimisi də həqiqətləri işıqlandırmaq üçün müharibənin ocağına üz tutur.
Hazırda Ukraynada olan azərbaycanlı fotojurnalist Famil Mahmudbəyli “Yeni Azərbaycan”a hadisələrin mərkəzində gördükləri barədə danışdı. Fotoqraf qeyd etdi ki, bu, onun Ukraynaya ilk səfəridir: “Hazırda Kiyev şəhərindəyəm, burada müharibə zamanı vurulan böyük bir ticarət mərkəzi var. Həmin ticarət mərkəzinin bombardmandan sonrakı vəziyyətini və xəstəxanadakı yaralıların fotolarını çəkirik. Kiyevdə hava həyəcan siqnalları verilir, şəhərdə sakitlik olsa da, ətraf qəsəbələrdə bomba səsləri eşidilir. Axşam 8-dən sonra komendant saatı başlayır. İnternetlə bağlı da problemlər yaşayırıq, bir zamanlar insanları öz ətrafında birləşdirən bu gözəl şəhər indi sanki bizi hər şeydən uzaqlaşdırır. Burada həm də avtovağzallarda təmənnasız şəkildə tibbi yardım və ərzaq təminatı üçün könüllülər fəaliyyət göstərir. Bu səbəbdən Kiyev vağzalında əsl izdiham müşahidə olunur.
Bu səfər mənim peşəkar fəaliyyətimin bir hissəsidir. Yolumuz Rumıniyanın Suçava vilayətindən keçdi. İndi hava məkanı mülki uçuşlar üçün bağlı olduğundan Ukraynaya yalnız quru yolu ilə getmək mümkündür. Onu da qeyd edim ki, bir neçə gün əvvəl olduğum Çernivtsi şəhərinə çoxlu sayda qaçqın axın edir. Onların əksəriyyəti kütləvi atəşə tutulan Kiyev, Xarkov və Mariupol şəhərlərinin sakinləridir. Məcburi köçkünlərə yemək və dərmanlar pulsuz verilir. Onlar üçün müvəqqəti yataqxanalar yaradılıb. Burada qaçqınlarla əlaqə saxlayırıq, onların haradan gəldiyini, necə təxliyə edildiyini, hazırda nəyəsə ehtiyacı olub-olmadığını öyrənirik”.
Onun sözlərinə görə, Ukraynanın bir neçə şəhəri, o cümlədən Çernivtsi qismən təhlükəsiz sayılır: “Amma bəzən həyəcan siqnalları eşidirəm və komendant saatı axşam saat 9-da başlayır. Hələlik biz ancaq döyüş bölgəsinə gedən təcili yardım maşınlarına baxa bilirik. Amma bəlkə çox yaxında özüm də ora gedəcəyəm”.
Fotoqraf qeyd etdi ki, müharibədə emosiyaların öhdəsindən gəlmək çətindir: “Ancaq bu, mənim işimdir, peşə seçərkən riskləri nəzərə almalısan. Sakit olmağa çalışıram, lakin yaradıcı komponentlə soyuq düşüncəni birləşdirmək də asan olmur. Adi insanların həyatından müxtəlif anları kameranın yaddaşına köçürməyə çalışıram. Əsasən xoşbəxt üzlər çəkməyi xoşlayıram. Amma dəhşətli müharibədən əziyyət çəkən uşaqları da unutmaq olmaz. Onların ağrı və məyusluğunu ifadə edən gözlərini bütün dünya görməlidir. Bir fotoqraf kimi mənim üçün bir qayda var: “Danışma, göstər”. Bəzən bir portret bütün hekayəni izah etmək üçün kifayətdir”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20

