Şütüyən ölüm
17.03.2022 [10:19]
Yol qəzalarının sayı niyə artır?
Nicat DİLQƏMLİ
İnsan həyatının böyük bir hissəsi yollarda keçir. Belə olduğu halda bütün hərəkət iştirakçıları qaydalara riayət etməli, həm öz, həm də digərlərinin sağlamlığı üçün ehtiyat tədbirləri görməlidirlər. Dövlət Yol Polisi tərəfindən mütəmadi olaraq maarifləndirici məlumatlar paylaşılmasına, xəbərdarlıqlar edilməsinə baxmayaraq, hələ də yol qəzaları qurbanlarının sayı əfsuslar olsun ki, durmadan artır. Əgər diqqət yetirsək, avtoqəzaların sayı əsasən həftəsonlarında və bayram günlərində rekord həddə çatır. Demək olar, hər gün belə xəbərlərlə rastlaşırıq. Elə son iki ayın statistikasına nəzər saldıqda təxmin etmək olar ki, qarşıdan gələn bayram günlərində qəzaların sayında bir qədər də artım müşahidə edilə bilər. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, 2022-ci ilin yanvar-fevral aylarında respublika ərazisində 277 yol qəzası baş verib. Nəticədə 126 nəfər həlak olub, 225 nəfər isə yaralanıb. “Yaralıların sayı ötən ilə nisbətən 28 nəfər azdır”, - İdarədən qeyd edilib. Xüsusilə vurğulamaq yerinə düşər ki, son günlər baş verən qəzaların bir çoxunda piyadaların vurulması əksəriyyət təşkil edir. Demək ki, həm sürücülər, həm də piyadalar yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməlidirlər.
Qarşıdan bayram gəlir. Təəssüf ki, həm də təhlükəyə bir az daha yaxın olmuş oluruq. Xüsusilə bayram günlərində özümüzü yol qəzalarından necə qoruyaq? Sürücülər və piyadalar hansı qaydalara əməl etməlidirlər?
Mövzu ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, son günlər baş verən yol qəzalarının ağırlıq dərəcəsi artıb: “ Ötən ildə hadisələrin sayında artım qeydə alındı. Son baş verən hadisələrdə iki və ya daha artıq insanın həlak olması mütəmadi hal alıb. Son günlər baş verən avtoqəzalara nəzər yetirdikdə qəzaların ağırlıq dərəcəsinin artmasını görmüş oluruq”.
Ekspert hesab edir ki, insanların psixoloji durumu da avtoqəzaların artmasına səbəb olur: “Pandemiya səbəbindən insanlar arasında psixoloji gərginlik var. Heç kim heç kimə yol vermək istəmir, kimsə digərinin yoluna daxil oldusa, dava düşür. Sürücülər bir çox hallarda yola çıxarkən tələsirlər. Düşünürəm ki, bu kimi hallar da qəzalara səbəb olan əsas amillər sırasındadır”.
“Bir neçə il bundan öncə sürücülər tez-tez DYP əməkdaşlarının mütəmadi olaraq həyata keçirdikləri reydlərdən şikayətlənirdilər. İndi isə sanki sürücülərə bir növ sərbəstlik verilib və bunun nəticəsi qəzaların statistikasında özünü aydın şəkildə göstərir. Hesab edirəm ki, həm sözügedən reydlərin tez-tez keçirilməsi, həm də maarifləndirmə işlərinin aparılması baş verə biləcək qəzaların sayının azalmasına təsir göstərəcək. Bundan başqa, sürücülər də öz məsuliyyətlərini ciddi şəkildə dərk etməli, qanunlara birmənalı olaraq əməl etməlidirlər”, - deyə E.Muradlı sürücülərə müraciətində deyib.
Xəbər lenti
Hamısına baxSosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50

