Macarıstandan Kəşmirə qədər yayılmış qədim türklər - Muğallar
04.02.2022 [10:59]
İlhamə RƏSULOVA
Uşaqkən atamın dostu ləzgi Mərdan dayı bizə tez-tez qonaq gələrdi. Əslən Qəbələdən olan köçəri çoban idi. Özləri haqqında danışanda ləzgilər, sırf Azərbaycan türkləri haqqında danışanda isə muğallar ifadəsini işlədirdi. Muğal sözünü ilk dəfə ondan eşitmişdim. Hazırda yolunuz Qəbələyə, Qaxa, Zaqatalaya düşsə, hansısa bir türk olmayan milli azlığın nümayəndəsi ilə danışsanız, onların dilindən muğal sözünü mütləq eşidəcəksiniz. Qəbələ və Oğuzda yaşayan ləzgilər ümumiyyətlə, ləzgi olmayan hər kəsi muğal adlandırırlar. Bir müddət öncə Qaxda səfərdə olarkən məşhur Sumuq qalanı ziyarət edəndə bələdçi xanımın muğallar haqqında verdiyi informasiya diqqətimi çəkdi.
Bələdçi Həlimə xanım qala barədə danışarkən qədim maqlar, muğallar barəsində də danışdı. Əcəba bu maqlar, muğallar kim olublar? Köklərimiz onlara gedib çatırmı? Maq sözünün indiki anlamdakı maq, kahin, şaman sözü ilə əlaqəsi varmı? Maraqlıdırsa, yaxın oturun.
Hazırda sayları 30 milyona çatan muğal türklərinin bir qolu Qafqazdadır, bir qolu Pakistan və Hindistanda, daha dəqiq desək, Kəşmirdə. Muğallar Kəşmirin yerli sakinləri hesab olunurlar.
Bir çox tarixi mənbələrdə etnik türklər muğallar, Dağıstan xalqlarının nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdilər. Bir mənbədə bildirilir ki, XIII əsrdə monqolların (yaxud muğalların) içərisində Azərbaycana gəlmiş türkdilli tayfaların müəyyən hissəsi Qax ərazisində məskunlaşdıqdan sonra, ətrafda yaşayan avarlar onları və o cümlədən yerli azərbaycanlıları ümumi adla muğal adlandırıblar. Qaxın azərbaycanlılar yaşayan hissəsi Qaxmuğal, digər hissəsi isə Qaxingiloy (Qaxın ingiloylar yaşayan hissəsi) adlanıb.
Lakin digər tarixi mənbələrdə qeyd edilir ki, muğal sözünün monqollarla əlaqəsi yoxdur, bu qədim maq tayfalarının adıdır. Azərbaycan türklərinin formalaşmasında maqlar böyük rol oynayıblar. Ərəb mənbələrində Xürrəmilərin maqlar olması göstərilir. İbn Əl-Əsir yazır ki, xürrəmilər Məcus, yəni Maq tayfasının bir dəstəsidir.
Ərəb işğallarına qədər Muğanda yerli türklərin qədim dini əqidələrini yaşadanlar məhz maqlar (muğlar) idilər.
Əksər tədqiqatçılar qeyd edirlər ki, Muğan toponimi maqların adını əks etdirir. Maqları mannalarla da eyniləşdirənlər var. Bir sözlə maqlar, muğallar türk dilli etnos kimi Azərbaycan türklərinin etnogenezində böyük rol oynayıblar.
BDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev “Yeni Azərbaycan”a bildirib ki, muğallar barədə ətraflı məlumatı görkəmli tədqiqatçı-alim Məhəmməd Bağırlının 1919-cu ildə nəşr edilmiş “Azərbaycan” kitabında oxumaq olar.
“Bu tarixi etnoqrafik əsərdir. Kitabın etnoqrafiya bölməsində ən qədim dövrdən ötən əsrin 19-cu ilinə qədər Azərbaycan ərazisində yaşamış tayfalar barədə geniş məlumat verilib, bu tayfaların hansının aborigen, hansının gəlmələr olması barədə ətraflı danışılıb. Məhəmməd Bağırlının fikrincə, muğallar Şimali Qafqaz xalqlarının nümayəndələri də ola bilərlər. Bu ehtimallardan biridir. Digər bir fikrə görə, muğallar Qara dəniz sahillərindən Şimali Qafqaza gəlmiş və Xəzər dənizi sahili boyunca yayılmış türk tayfalarıdır. Onları skiflərin qolu kimi də qiymətləndirirlər. Böyük Qafqaz sıra dağlarının ətəkləri, Xəzər dənizinin Qərb sahili boyunca Azərbaycana daxil olaraq, Azərbaycanın şimalındakı dağlıq ərazilərdə məskunlaşıblar. Uzun müddət şimali Qafqazda başqa xalqlarla mübarizədə olublar. Xüsusən ləzgilərlə münasibətləri gərgin olub. Bəzi ləzgi mənşəli tarixçilər, xüsusilə Dağıstan alimlərinin bir qismi muğalları ləzgilərin döyüşkən bir qolu kimi elmi ictimaiyyətə təqdim etməyə çalışırlar. Lakin, bu yanlışlıqdır. Muğallar köklü türk tayfalarıdırlar.
Məhəmməd Bağırlı çalışıb ki, antik dövr müəlliflərinin əsərləri üzərindən bu tayfa haqqında fikir yürütsün. O, yunan coğrafiyaşünası Strabonun əsərlərinə də istinad edib. Strabon da yazır ki, Qafqazda yaşayan xalqlar Şimali Azərbaycan ərazisinə Qara dəniz sahillərindən hərəkət edərək, Dərbənd keçidini keçməklə gəliblər. Onlar ən qədim türk tayfaları olan sakların, kimmerlərin, skiflərin sonrakı nəsli sayılırlar. Bu tayfaların Oğuzlarla əlaqəsi var, lakin bir qədər uzaq “qohumdurlar”. Onlar daha çox Cağatay türk ailəsinə, Uyğur türklərinə daha çox yaxındırlar. İndi onların nəsilləri şimali Çində, Uyğurustanda yaşayır. Orta Asiyada, Türkmənistanda, Cənubi Azərbaycanda, Pakistanda, Macarıstanda da muğalların davamçıları yaşayır. Macarıstanda yaşayan muğallar bir qədər assimilyasiyaya uğrayıblar. Bu gün Şərqi Avropada da muğal ailələrinə rast gəlinir”.
Alimin fikrinə görə, muğalların Qafqaza gəlişi böyük Hun İmperiyasının dağılması ilə başlayıb. Mərkəzi Asiyadan iki istiqamətdə hərəkət edən qədim türk tayfalarının bir hissəsi Ural, Volqaboyu, Şimali Qafqaz və Dərbəndə, bir hissəsi isə Dunay sahillərinə, oradan da Avropaya gedib çıxıblar.
Bax beləcə, biz türklərin bir çoxunun ömründə eşitmədiyi, lakin digər milli azlıqların dilində, yaddaşında yaşayan həmin o muğallar, əslində elə biz özümüzük. Qədim türklərdirlər. El dilindəki hər kəlamın, hər əfsanənin altında min illərin qaranlığına işıq salan bir həqiqət mütləq yatır. Yetər ki, biz araşdıraq.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

