Gənclərin ən böyük himayəçisi və dəstəkçisi...
01.02.2022 [10:00]
İlham Əliyev: Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram
Müşfiqə BAYRAMLI
2 fevral - Azərbaycan Gəncləri Günüdür. İki ildir ki, Azərbaycan gəncləri öz bayramlarını qalib ölkənin vətəndaşları kimi qürurla qeyd edirlər. Müzəffər Ali Baş Komandanın liderliyi ilə gənclərimizin böyük rəşadət göstərərək tarix yazması Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin təsdiqidir. Gənclərin milli ruhda tərbiyəsində, onlara Vətən sevgisinin aşılanmasında ən mühüm amillərdən biri də ölkəmizdə uzun illərdir uğurla həyata keçirilən dövlət gənclər siyasətidir. Azərbaycanda gənclər siyasəti məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən gənclər siyasəti çox möhkəm təməllər üzərində qurulub.
Ölkəmizin gələcək qarantı olan gənclər
Gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Prezident İlham Əliyevin gənclərlə çoxsaylı görüşləri, onların diqqət və qayğıları ilə maraqlanması dövlətimizin başçısının ölkə gəncliyinə diqqət və qayğısının təzahürüdür. Təsadüfi deyil ki, dövlətimizin başçısı gənclərlə görüşlərinin birində onlara inamını belə ifadə etmişdi: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
Onun bu sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir. Gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək, uğurları ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar.
Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğruldur
Ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, yenilikçi ideyalarının reallaşdırılması, ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində bütün addımlar atılır, lazımi şərait yaradılır.
Prezidentin gənclərə verdiyi dəyərin ən bariz nümunələrindən biri də 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsidir. Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir.
Vətənpərvər Azərbaycan gənci Vətən müharibəsindəki qələbəmizdə mühüm rol oynadı
Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır.
Prezident İlham Əliyev Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan respublika toplantısında gənclərə münasibətini bu sözlərlə ifadə edib: “Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”.
Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. 18 il əvvəl uşaq olanlar yetişdi, formalaşdı və cəsur, vətənpərvər Azərbaycan gəncinə çevrildi. Dövlətçiliyimizin inkişafında, torpaqlarımızın düşmən tapdağından azad olunmasında can qoydular. Gənclərimizin Vətən müharibəsində döyüş meydanında göstərdiyi şücaətin məntiqi davamı olaraq hazırda informasiya müharibəsində də onlar yüksək intellekt və bacarıq nümayiş etdirirlər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20

