Azercell dahi Nizami yaradıcılığını əks etdirən xüsusi bir əlifba dizayn etdi
02.09.2021 [08:51]
Dahi şair və böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci il Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən “Nizami Gəncəvi İli” elan edilib. Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC də bu istiqamətdə təşəbbüslə çıxış edərək maraqlı bir layihə gerçəkləşdirib. Şirkət dünya ədəbiyyatının ən görkəmli klassiklərindən biri olan Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş xüsusi əlifba dizayn edib. Nizami yaradıcılığını əks etdirən əlifba dahi şairin zəngin irsinin öyrənilməsinə və təbliğinə xidmət edir.
Maraqlı üslubda hazırlanmış əlifbanın hərfləri dahi Nizaminin “Xəmsə”sinə daxil olan poemaların qəhrəmanlarını, bu əsərlərdəki məşhur obrazları və şairin həyatında xüsusi rolu olmuş insanları əks etdirir. Məsələn, “A” hərfi şairin ilk həyat yoldaşı, qıpçaq gözəli Afaqı, “B” hərfi “Yeddi gözəl” poemasındakı Sasani hökmdarı Bəhramı, “F” hərfi isə məşhur Fitnəni, “İ” hərfi qüdrətli sərkərdə İskəndəri tərənnüm edir. Hərflərin hər biri adları çəkilən obrazlara uyğun miniatürlərlə bəzədilib.
Qeyd edək ki, Nizami irsini əks etdirən əlifbadan istifadə edərək xüsusi dizayn olunmuş bu hərflərdən müxtəlif sözlər ərsəyə gətirib sosial şəbəkələrdə paylaşmaq mümkündür. Bunun üçün sadəcə https://www.nizami880.az/saytına daxil olmaq kifayət edir. Əlifbanın hərflərini, həmçinin WhatsApp, Telegram, Facebook, Instagram kimi sosial şəbəkələrin “gif” bölməsində “Nizami880” və ya “Azercell” açar sözlərinin köməyilə, Telegram tətbiqinin “stiker” bölməsində isə https://t.me/addstickers/azercell linki vasitəsilə əldə etmək olar.
“Azercell Telekom” MMC “Nizami ili” boyunca məşhur klassikə həsr edilmiş müxtəlif təşəbbüslərlə çıxış edib. Şirkətin sosial şəbəkə hesablarında mütəmadi olaraq Nizami Gəncəvinin şeirlərindən parçalar və nəsihətamiz kəlamları paylaşılıb, şairin yaradıcılığını əks etdirən müsabiqələr keçirilib.
Bu yaxınlarda isə Azercell ilə əməkdaşlıq çərçivəsində TikTok-da geniş izləyici kütləsi olan @alex.ivanchak Rubik kubları vasitəsilə dahi mütəfəkkirin möhtəşəm portretini yaradıb. Portretin yaradılmasında 400 kubdan istifadə edilib.
https://www.facebook.com/azercell/posts/10158872270558303
“Nizami ili” ilə bağlı yeniliklər və xəbərlər bununla bitmir. Azercell abunəçiləri üçün gələcəkdə müxtəlif hədiyyəli müsabiqələr və kampaniyalar hazırlamaqda davam edir. Odur ki, sosial şəbəkələrdə ölkənin lider mobil operatorunun səhifələrini izləyin.
https://www.facebook.com/azercell/posts/10158877146958303
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52

