Virus infeksiyalarına qarşı tormozlayıcı amillər arasında ən güclüsü vaksinasiyadır
21.08.2021 [11:40]
Yeni növ koronavirus (COVID-19) infeksiyasına hazırkı yoluxma dinamikasını analiz etsək, görərik ki, artım davam etməkdədir. Həkimlər “həyəcan təbili” çalmağa başlayıblar. Mütəxəssislərin fikrincə, peyvənd yoluxma ehtimalının qarşısını almaqla bərabər, COVID-19-a yoluxarkən belə, xəstəliyi yüngül keçirməyə kömək edir.
Məsələ ilə bağlı Klinik Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov açıqlamasında bildirib ki, bir tərəfdən vaksinasiya prosesini sürətləndirməyə, digər tərəfdən isə, təbliğat, maarifləndirmə işlərini artırmağa çalışırıq: “Virus infeksiyalarına qarşı tormozlayıcı amillər arasında ən güclüsü vaksinasiyadır. Ümidvaram ki, vaksinasiya sürəti yoluxma sürətini üstələyəcək və bu zənciri qıracağıq.
Məlumdur ki, dövlət tərəfindən karantin qaydalarında müəyyən yumşalmalara gedildi. Lakin hər zaman qeyd edildi ki, sosial məsafənin gözlənilməsinə, tibbi maska taxılmasına və əl gigiyenasına diqqət yetirilsin. Bəzi yerlərdə bu qaydalara riayət olunmur. Kiçik yoluxma ocaqları tez bir zamanda böyüyür və daha çox yoluxmaya səbəb ola bilir. İkinci səbəb “delta” ştamının yoluxdurma qabiliyyətinin klassik COVID-19 virusundan daha çox olmasıdır. Digər səbəb vaksinasiyadan keçməyənlərdir. Yoluxanların 90 faizindən çoxu vaksin olunmayan vətəndaşlardır. Bir başqa amil natamam peyvənd olunanlardır, yəni birinci doza vaksindən sonra arxayınlaşaraq ehtiyat tədbirlərini nisbətən yumşaldanlardır”.
F.Sədirovun sözlərinə görə, vaksinasiya olunanlar arasında, demək olar ki, ölüm halları yoxdur: “İki doza peyvəndi vurdurulmasından iki həftə keçən şəxslər arasında hələ ki, ölüm halı qeydə alınmayıb. İkinci doza vaksinasiyadan 3-5 gün keçənlər arasında da koronavirusa yoluxanlar var. Lakin onlar xəstəliyi çox yüngül formada keçirir, əksəriyyəti evdə müalicə alırlar”.
“Hazırda ölkədə aktiv istifadə olunan dörd növ vaksin var: “CoronaVAC”, “Vaxzevria”, “Sputnic V”, “Pfizer”. Statistik rəqəmlər göstərir ki, vətəndaşlar daha çox “CoronaVAC” və “Pfizer” vaksinlərinə üstünlük verirlər. Üçüncü dozanı fərqli vaksin növündən vurdurmağın heç bir yan təsiri və əks-göstərişi yoxdur. Nəticə etibarilə, eyni immun cavabı əldə etmiş olacağıq”, - deyə infeksionist söyləyib.
MÜŞFiQƏ
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

