Kondisionerdən uzun müddət istifadə edilməsi hansı fəsadlara səbəb olur?
04.08.2021 [08:31]
Son günlər müzakirə olunan əsas məsələlərdən biri kondisionerdən uzun müddət istifadə olunmasının sağlamlığa necə təsir göstərməsidir. Mütəxəssislərin sözlərinə görə, kondisioner işləyən otaqda havanı mütəmadi olaraq dəyişmək və bu otaqda maksimum iki saat qalmaq lazımdır. Ümumiyyətlə, kondisionerli otaqla bayırdakı havanın temperaturu arasında fərq az olmalıdır.
Məsələ ilə bağlı həkim-terapevt Sevil Bağırova bildirib ki, isti havalarda kondisioner ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta tənəffüs orqanlarında iltihabi problemlərin yaranmasına səbəb ola bilər: “Otaqda kondisioner işləməsi ağciyərlərində pnevmoniya, bronxlarında iltihab olanlarda öskürəyin təkrar artmasına və yaxud allergik reaksiyanın baş qaldırmasına səbəb ola bilər. Hər hansı xroniki infeksiyası, öskürəyi, burun tənəffüsü problemi olanlar kondisionerdən nə qədər çox istifadə etsələr, o qədər də narahatlıq hiss edəcəklər. Burada söhbət yalnız soyuq havadan getmir, isti havanın da orqanizmə mənfi təsirləri var. Soyuq qış aylarında kondisionerin isti havası otaqda quruluq yaradır, rütubəti azaldır. Bu cür hava yuxarı tənəffüs yollarının qıcıqlanmasına, bronxospazmın yaranmasına səbəb olur. Eyni zamanda, qapalı şəraitdə hava-damcı yolu ilə yoluxan kəskin respirator xəstəliklərin yayılmasına da gətirib çıxarır”.
Onun sözlərinə görə, kondisionerdən istifadə ürək-damar sistemi xəstəlikləri olanlarda da bir sıra problemlər yaradır: “Həmin xəstələrin olduğu mühitdə temperatur 24 dərəcədən aşağı olmamalıdır. İsti havadan soyuğa keçəndə damarlarda kəskin spastik sindrom aşkarlanır. Bu zaman kardioloji xəstələrdə ürək-damar problemi riski artır, xroniki xəstəliklər kəskin mərhələyə keçir. Onlarda təzyiq oynamaları, infarkt və digər ürək xəstəliklərinin yaranma riski çoxalır. Çünki hava şəraitinin kəskin dəyişməsi zamanı su-duz mübadiləsinin pozulması yaranır”.
Mütəxəssisin sözlərinə görə, əsas məqamlardan biri də kondisionerin təmizliyidir, çünki filtrdə yığılan mikrob və bakteriyalar havaya qarışaraq infeksiya yaradır: “Astma kimi allergik reaksiyaların artması ilə nəticələnir. Həmin bakteriyalar da ağciyərlərdə xəstəliyə səbəb ola bilər. Cihazdan düzgün istifadə edilməməsi, dezinfeksiya olunmaması, havalandırma sisteminin vaxtında təmizlənməməsi də xəstələnməyə şərait yaradır. Bundan başqa, vaxtaşırı otağın havası dəyişdirilməlidir. Ondan uzunmüddətli istifadə müxtəlif bakterial xəstəliklərə, dəri problemlərinə, baş və əzələ ağrısına səbəb olur. Çalışmaq lazımdır ki, körpə olan otağa kondisioner yerləşdirilməsin”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

