Analar övladlarını ən azı 6 aya qədər ana südü ilə qidalandırmalıdırlar
28.07.2021 [08:52]
Azərbaycanda körpələrin 36 faizi 3 aya qədər, 42 faizi isə 6 aya qədər ana südü ilə qidalanır. Bu göstəricini 100 faizə çatdırmaq üçün ölkəmizdə bir sıra maarifləndirmə işləri aparılır.
Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova ana südü ilə qidalandırmanın körpələrin və anaların sağlamlığının qorunması üçün ən səmərəli yol olduğunu və onun təbliğinin vacibliyini diqqətə çatdırıb. A.Zeynalova bildirib ki, analar övladlarını ən azı 6 aya qədər ana südü ilə qidalandırmaq üçün təşviq edilməlidirlər: “Uşağın sağlamlığı ana bətnindən başlayır və 1000 gün ərzində təməli qoyulur. Beləliklə, uşaqların sağlamlığının qorunması üçün onların qidalanmasına ciddi diqqət yetirmək lazımdır. Analar övladlarını ən azı 6 aya qədər ana südü ilə qidalandırmaq üçün təşviq edilməlidirlər. Həm hamiləlik dövründə, həm də doğuşdan sonra ana və uşağın qorunması Səhiyyə Nazirliyinin ciddi əhəmiyyət kəsb edən prinsiplərindəndir”.
Nazirliyin mütəxəssisi qeyd edib ki, ana südü ilə qidalanma üçün əks-göstərişlər az saydadır: “Ana QİÇS, müalicəyə tabe olmayan vərəm və südlə keçən infeksiyalarla xəstələnibsə, uşaq ana südü ilə qidalana bilməz. Ümumiyyətlə isə ana südü allergiyaya səbəb olan amillər sırasında deyil. Əgər uşaqda əmizdirildikdən sonra səpkilər əmələ gəlirsə, deməli, ana qidalanmasına diqqət göstərməlidir. Yəni belə hallar ana südündən imtina edilərək süni qidalara keçmək üçün səbəb ola bilməz. Ana mütləq şəkildə həkimə müraciət etməli və həm özünün, həm də övladının qidalanması ilə bağlı həkimin təyinatına əməl etməlidir. Belə olan halda, ədviyyatlı qidalardan mümkün qədər az istifadə məsləhətlidir. Analar, həmçinin bilməlidirlər ki, körpəsini əmizdirmək onların kökəlməsinə səbəb olmur. Bu, tamamilə yanlış fikirdir. Əgər süd verən ana düzgün qidalanarsa, o, heç vaxt kökələ bilməz”.
O, həmçinin vurğulayıb ki, gənc analar doğuşdan sonra evə yazıldıqda körpələrini ana südü ilə qidalandırmaları üçün mütləq təşviq edilməlidirlər: “Evdə olan digər böyüklər, o cümlədən atalar da bir sıra mövzularda maarifləndirilməlidirlər. Tibb işçilərinin birinci vəzifəsidir ki, əmzikli şüşələrin risk daşıdığı barədə anaları məlumatlandırsınlar. Qidalandırma zamanı əmzikli şüşələrdən istifadə birmənalı olaraq təbliğ edilməməlidir”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

