Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Media: ABŞ 60 ölkəyə yeni tariflər tətbiq edəcək

Media: ABŞ 60 ölkəyə yeni tariflər tətbiq edəcək

24.07.2026 [15:22]

ABŞ məcburi əməyə qarşı mübarizə tədbirləri çərçivəsində 60 ticarət tərəfdaşına yeni tariflər tətbiq edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasının nümayəndəsinə istinadla məlumat yayıb.

Məlumata görə, yeni tariflər 10-12,5 faiz arasında dəyişəcək və Avropa İttifaqına üzv ölkələr də daxil olmaqla 60 dövləti əhatə edəcək. Məhdudlaşdırıcı tədbirlər ABŞ vaxtı ilə iyulun 24-dən qüvvəyə minəcək.

Tariflər neft, qaz, gübrələr, bəzi qida məhsulları, eləcə də avtomobil, polad, alüminium və mis kimi artıq ABŞ rüsumlarına məruz qalan məhsullara şamil edilməyəcək. ABŞ-Meksika-Kanada Azad Ticarət Sazişi çərçivəsində olan mallar da yeni tariflərdən azad ediləcək.

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31