Yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Almaniya dialoqu
24.07.2026 [14:32]
Almaniya Federativ Respublikası Mərkəzi Avropada yerləşən, siyasi, iqtisadi və texnoloji baxımdan dünyanın ən aparıcı dövlətlərindən biridir. Əhali sayına görə “qoca qitə”nin Rusiyadan sonra ikinci ölkəsi olan Almaniya iqtisadiyyatı Avropanın ən böyük, dünyanın isə ABŞ, Çin və Yaponiya ilə yanaşı aparıcı dörd iqtisadiyyatından biridir. Bu iqtisadi model yüksək texnoloji sənaye, güclü ixrac yönümlülük və “sosial bazar iqtisadiyyatı” prinsiplərinə söykənir. Alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə planetin beşinci ölkəsi olan Almaniya malların həm ixracına, həm də idxalına görə dünya üçüncüsüdür. Avropa İttifaqı kimi mühüm regional təşkilatın və Avrozonanın qurucu üzvlərindən və həmtəsisçilərindən biri olan Almaniya BMT, NATO, G7, G20, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi təşkilatların fəal üzvüdür.
Göründüyü kimi, Avropa qitəsinin tarixində və müasir beynəlxalq münasibətlərdə mühüm yeri və rolu olan Almaniya 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonar ölkəmizin müstəqilliyini tanıyan və Azərbaycanla sürətlə diplomatik münasibətlər quran ilk dövlətlərdəndir. Belə ki, Almaniya Federativ Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci ilin yanvarında tanımış, diplomatik münasibətlər həmin ilin fevralında qurulmuş, həmin il sentyabrın 2-də Berlində ölkəmizin səfirliyi, bundan 20 gün sonra isə Bakıda Almaniya səfirliyi açılmışdır. Bu il iyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı kimi bu ölkəyə 17-ci dəfə səfər etməsi, indiyədək iki ölkə arasında 80-ə yaxın sənədin imzalanması Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcudluğuna, iqtisadiyyat və humanitar sahələrdə geniş əməkdaşlığın həyata keçirildiyinə dəlalət edir.
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına səfəri, bu ölkənin Prezidenti Frank-Valter Ştaynmayer və Kansleri Fridrix Merts ilə görüşləri müasir çağırışlar fonunda münasibətlərin inkişafına yeni impulsun verilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İyulun 21-də Prezident İlham Əliyevin Kansler F.Mertslə görüşdən sonra mətbuat qarşısında səsləndirdiyi bəyanat ikitərəfli münasibətlərin dərinləşməsi, enerji təhlükəsizliyi, regional nəqliyyat dəhlizləri və Cənubi Qafqazda sülh quruculuğu baxımından mühüm strateji mesajlar ehtiva edir.
Bəyanatda strateji dialoqun başlanması və imzalanmış sənədlər (xüsusilə iqtisadi əlaqələrin genişləndirilməsinə dair Birgə Bəyannamə) ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini göstərir. Əldə olunan razılaşmaların “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamənin kağız üzərində qalmaması və praktiki müstəviyə tez bir zamanda keçməsi üçün xüsusi işçi qruplarının yaradılması məsələsinin qaldırılması qəti iradəyə əsaslanan səmərəli və nəticəyönümlü idarəetmə yanaşmasından xəbər verir. Başqa sözlə, ikitərəfli münasibətlər artıq strateji tərəfdaşlıq və institusional əməkdaşlıq mərhələsinə qədəm qoyur.
Azərbaycanda 200-dən çox Almaniya şirkətinin uğurla fəaliyyət göstərməsi və bu rəqəmin artırılması istiqamətində konkret təkliflərin irəli sürülməsi qarşılıqlı etimadın göstəricisidir. Qeyd edək ki, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması ilə bağlı razılığın əldə edilməsi tezliklə bu şirkətlərin sayının xeyli artacağına da əminlik yaradır. Ölkələr arasında ikitərəfli investisiyaların artırılması və işgüzar dairələrin əməkdaşlığının genişləndirilməsi iqtisadi gündəliyin prioritetlərindəndir. 2026-cı ildən etibarən Azərbaycan təbii qazının Aİ-nin aparıcı ölkəsi olan Almaniyaya ixrac olunmağa başlaması və bununla da ölkəmizin bu sahədə təchizat apardığı Aİ üzvü olan ölkələrin sayının 10-a çatması Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirir. Neft-qaz tədarükü ilə yanaşı, gələcəkdə “yaşıl enerji”nin də Avropa məkanına çatdırılması hədəfi Azərbaycanın qlobal enerji transformasiyasındakı fəal iştirakını nümayiş etdirir. Yeri gəlmişkən, Kansler F.Mertsin çıxışında səslənən “Azərbaycanla əməkdaşlıq yolu ilə enerji təchizatımızı daha da şaxələndirmək istəyirik” fikri alman liderin həm Almaniya, həm də Aİ tərəfdinən ölkəmizin bu sahədəki roluna verilən qiymətin növbəti etirafıdır.
Azərbaycanın ötən il noyabrın 16-da Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə bu əməkdaşlıq formatına tamhüquqlu üzv qəbul edilməsi fonunda Mərkəzi Asiya ilə Avropa arasında strateji nəqliyyat körpüsü rolunu oynamasının xüsusi vurğulanması ölkəmizin bu missiyanı, indi olduğu kimi, perspektivdə də böyük uğurla həyata keçirəcəyindən olan əminliyin ifadəsidir. Almaniya şirkətlərinin bu sahədəki qabaqcıl təcrübəsi ölkəmizin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə sinerji yaradır.
Ermənistanın Azərbaycana qarşı 30 il davam etmiş hərbi təcavüzünə son qoyulması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyin tam bərpası, eləcə də ötən il avqustun 8-də Vaşinqtonda Ağ Evdə ABŞ Prezidenti Donlad Trampla Prezident İlham Əliyev arasında imzalanmış Birgə Bəyannamə və iki Cənubi Qafqaz dövləti arasında sülh sazişinin paraflanması prosesi regionda yeni geosiyasi reallıq yaradıb. Azərbaycanın 2020-ci ildə Vətən müharibəsindən sonra dərhal sülh təklif edən tərəf olması, bu məntiqi davam etdirərək 8 avqust razılaşmasından dərhal sonra praktiki addımlar atması – Ermənistanın enerji təhlükəsizliyinə dəstək məqsədilə benzin və dizel yanacağının təchiz edilməsi, eləcə də Azərbaycan ərazisindən 40 min tondan çox tranzit yükün daşınması sülhün və iqtisadi reinteqrasiyanın real təzahürüdür. Prezident İlham Əliyev hazırkı mərhələni regionun tarixində yeni dövr kimi qiymətləndirir və sülh prosesində Almaniyanın oynadığı rola görə Kansler F.Mertsə minnətdarlıq edir: “Yəni biz çox tarixi bir dövr yaşayırıq. Torpaqları uzun illər işğal altında olan Azərbaycan işğala öz gücü ilə son qoydu, ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü icra etdi, Ermənistana sülh təklif etdi və müsbət cavab aldı. Ona görə yenə də deyirəm, Almaniya hökumətinin də bu sahədə rolunu biz yüksək qiymətləndiririk. Danışıqlar prosesində, o cümlədən Almaniyada xarici işlər nazirləri səviyyəsində görüşlər də keçirilmişdir”.
Aİ Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfərlərinin fonunda, şübhəsizdir ki, Almaniyanın Aİ daxilindəki lider mövqeyi Brüssel ilə Bakı arasındakı əlaqələrin gələcək inkişafında mühüm katalizator rolunu oynayır. Məhz bu baxımdan dövlət başçımız Aİ-Azərbaycan münasibətlərinin gələcək inkişafında Almaniyanın rolunun və səylərinin mühüm olacağını bəyan edir. Almaniya hökumət başçısının bəyanatında səslənən müsbət fikirlər də həm iki ölkə arasında, həm də Azərbaycanla Aİ arasında əlaqələrin yüksələn xətlə inkişafının qarşılıqlı olaraq prioritet istiqamət kimi seçildiyini göstərir.
Beləliklə, Prezident İlham Əliyevin iyulun 21-də Berlində mətbuat qarşısındakı çıxışı Azərbaycanın Cənubi Qafqazda sülhün qarantı və təşəbbüskarı olmaqla yanaşı, Avropanın etibarlı enerji və logistika tərəfdaşı kimi mövqeyini qətiyyətlə ortaya qoyan, iqtisadi və siyasi praqmatizmə əsaslanan balanslı və strateji xarakterli diplomatik bəyanatdır.
Elman Cəfərli
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

