Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rubio: İran husiləri münaqişəyə cəlb edib

Rubio: İran husiləri münaqişəyə cəlb edib

24.07.2026 [18:32]

ABŞ Dövlət katibi Marko Rubio Yəməndə fəaliyyət göstərən husilərin İran tərəfindən Yaxın Şərqdəki münaqişəyə cəlb olunduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.

“Mən gərginliyin azalacağına ümid edirəm. Düşünürəm ki, husilər bu vəziyyətə İran tərəfindən cəlb olunublar”, – deyə Rubio bildirib.

Onun sözlərinə görə, husilər əvvəllər ABŞ-İran qarşıdurmasından kənarda qalmağa çalışsalar da, hazırda Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə hücum etməklə münaqişənin iştirakçısına çevriliblər.

Bu arada ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, husilər Qırmızı dənizdə gəmilərə yenidən hücum etsələr, Vaşinqton hərbi əməliyyat keçirəcək və buna görə İranı məsuliyyət daşıyan tərəf hesab edəcək.

Paylaş:
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31