Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada 280 kiloqramlıq bomba zərərsizləşdirilir: Məhəllə təxliyə olunub

Fransada 280 kiloqramlıq bomba zərərsizləşdirilir: Məhəllə təxliyə olunub

25.07.2026 [14:25]

Fransanın Şuazi-le-Rua şəhərində İkinci Dünya müharibəsindən qalan 280 kiloqramlıq aviasiya bombasının zərərsizləşdirilməsi ilə əlaqədar genişmiqyaslı təxliyə tədbirləri həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, arxeoloji qazıntılar zamanı aşkar edilən sursat səbəbindən 700 metrlik təhlükəsizlik zonası yaradılıb. Sakinlər səhər saatlarında evlərini tərk ediblər, ərazidə nəqliyyat və ictimai iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.

Sakinlərə "FR Alert" sistemi ilə xəbərdarlıq edilib, yaxınlıqdakı park və mağazalar bağlanıb. Evsiz qalan sakinlər üçün yerli idman və mədəniyyət zallarında müvəqqəti qəbul mərkəzləri qurulub. Eyni zamanda, RER C qatar xəttinin Şuazi-le-Rua stansiyası bağlanıb, avtobus və tramvayların hərəkəti dayandırılıb.

Əməliyyatın axşam saat 18:00-dək başa çatdırılması nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31