Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Macarıstanda yanacaq qiymətləri Aİ-də ən zəif illik artım göstərib

Macarıstanda yanacaq qiymətləri Aİ-də ən zəif illik artım göstərib

24.07.2026 [22:20]

Macarıstanda yanacaq qiymətləri iyunda Avropa İttifaqı (Aİ) ölkələri arasında ən aşağı illik artımı nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Daily News Hungary” nəşri “Eurostat”ın son statistik məlumatlarına istinadla məlumat yayıb.

Bildirilir ki, Macarıstanda fərdi nəqliyyat vasitələri üçün yanacaq və sürtkü materiallarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 2,3 faiz artıb. Bu göstərici Aİ üzrə orta hesabla qeydə alınan 13,7 faizlik artımdan xeyli aşağıdır.

İllik artım tempinə görə Macarıstandan sonra Polşa 5,8 faizlə ikinci yerdə qərarlaşıb. Ən yüksək artım isə Bolqarıstanda 26 faiz, Litvada 23,5 faiz və Rumıniyada 23,1 faiz qeydə alınıb.

Bununla yanaşı, iyunda Aİ-də dizel yanacağı və benzin qiymətləri may ayı ilə müqayisədə ümumilikdə ucuzlaşıb.

Paylaş:
Baxılıb: 252 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31