Nurəddin Məmmədli sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı çirkin təbliğat aparır
18.07.2021 [09:20]
Azərbaycanda radikal müxalifətin antimilli fəaliyyət göstərməsi cəmiyyətimizə məlum olan reallıqdır. Radikallar öz “ənənə”lərinə sadiq qalaraq yenə çirkin əməllərindən əl çəkmirlər. Ümumiyyətlə, bu düşərgə mənsublarının istəyi Azərbaycanda sabitliyin pozulması, qarşıdurma yaranması və beynəlxalq müstəvidə ölkəmizin müsbət imicinə xələl gəlməsidir. Hazırda antimilli şura və orada birləşən radikal ünsürlər də məhz bu istiqamətdə canfəşanlıq göstərirlər. Antimilli şuranın “fəalları”ndan biri olan AXCP funksioneri Nurəddin Məmmədli isə bu baxımdan xüsusilə fərqlənir. O, sosial şəbəkələrdə dövlətimizə və xalqımıza qarşı qarayaxma kampaniyası aparır. Onun paylaşdığı qərəzli fikirlər, ifadə etdiyi absurd iddialar bunu təsdiqləyir. Belə ki, N.Məmmədli davamlı olaraq müzəffər ordumuzu hədəfə almağa, həmçinin dövlətin uğurlu sosial siyasətinə kölgə salmağa çalışır. Bu isə düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil.
N.Məmmədlinin Ermənistan silahlı qüvvələrinin son günlər atəşkəs rejimini pozması və mövqelərimizi atəşə tutması məsələsindən Azərbaycan dövlətinə qarşı istifadə etməkdən çəkinmir. Əslində, sağlam düşüncəli Azərbaycan vətəndaşı bu təxribatlara görə düşmən tərəfi ittiham və kəskin tənqid etməlidir. Amma AXCP funksioneri özünün “facebook” səhifəsində paylaşdığı fikirlərdə atəşkəsi pozan Ermənistana qarşı bir cümlə belə işlətməyib. O unutmamalıdır ki, 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun, hərbçilərimizin gücünü və rəşadətini bütün dünyaya nümayiş etdirdi. Qısa müddətdə ordumuz uzun illər işğal altında olan torpaqlarımızı azad etdi. Bu müharibə Ermənistan ordusunun darmadağın olması ilə nəticələndi. Təsadüfi deyil ki, 44 günlük müharibə XXI əsrin müharibəsi kimi xarakterizə olunur və bir sıra ölkələr Azərbaycan Ordusunun təcrübəsini öyrənməyə başlayıblar.
Ümumiyyətlə, Azərbaycan Ordusunun qüdrəti xaricdəki anti-azərbaycançı mərkəzlər, ermənipərəst dairələr tərəfindən narahatlıqla qarşılanır. Əlbəttə ki, AXCP funksionerinin fikirlərindən belə aydın olur ki, radikal müxalifət də bu prosesdən narahatdır. Bu da radikalların xaricdəki məlum dairələrlə sinxron fəaliyyət olduğunu göstərir.
N.Məmmədlinin dövlətimizin uğurlu sosial siyasətinə kölgə salmaq cəhdlərinə gəlincə, bu da uğursuz manipulyasiyalardan biridir. Sirr deyil ki, ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifahının yüksəldilməsi dövlət siyasətinin prioritetlərindəndir. Hətta pandemiya şəraitində ölkəmizdə heç bir sosial proqram təxirə salınmadı, əksinə, hökumət tərəfindən vətəndaşların rifah halının qorunması üçün böyük maliyyə tutumlu müxtəlif proqramlar həyata keçirildi. Eyni zamanda, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına qayğı xüsusi diqqət mərkəzindədir. Dövlət başçısının müvafiq Sərəncamı ilə bu kateqoriyadan olan insanların təqaüdləri, müavinətləri əhəmiyyətli dərəcədə artırılıb və s.
Bir sözlə, fəaliyyətini yalnız sosial şəbəkələr üzərində quran “beşinci kolon” - radikal düşərgə Azərbaycan xalqına və dövlətinə qarşı xəyanətkar mövqe sərgiləyir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

